İbrahim Alışov sığortanın mövcud səviyyəsinə təəssüflənir
“Təəssüf ki, Azərbaycanda cəmi maliyyə sektorunun aktivlərində sığorta sektorunun cəmi aktivlərinin xüsusi çəkisi 2%-i keçə bilmir”.
“Marja” xəbər verir ki, bunu “Azərbaycanda sığorta: Yeni Perspektivlər” adlı konfransın açılış çıxışında Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı direktoru İbrahim Alışov bildirib.
“Azərbaycanda iqtisadi aktivliyin artması ilə bərabər sığortada da canlanma müşahidə olunur. Amma bu canlanma yetərli deyil. Təəssüf ki, ümumi maliyyə aktivlərində sığorta sektorunun cəmi aktivlərinin xüsusi çəkisi 2%-i keçə bilmir. Bu çox kiçikdir. Sığorta sektorunun cəmi aktivləri 1 milyard 114 milyon manata bərabərdir. Maliyyə aktivlərində sığorta sektorunun aktivlərinin artırılması üçün çox işlər görülməlidir”,- İ. Alışov bildirib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
İbrahim Alışov qeyd edib ki, 2020-ci ilə qədər sığorta yığımlarının qeyri-neft ümumi daxili məhsulunda xüsusi çəkisinin 1,8%-ə çatdırılması hədəflənir. Bunu üçün 1600 yeni iş yerinin açılmasına nail olmaq tələb olunur.
Palatanın İcraçı direktoru qeyd edib ki, 2018-ci ilin ilk 5 ayında 350,8 milyon manat sığorta haqları toplanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur. Eyni zamanda, toplanmış cəmi 350 milyon manat sığorta haqlarının 158 milyon manatı həyat sığortasının, o cümlədən 113 milyon manatı həyatın yaşam sığortasının payına düşüb.
İbrahim Alışov əlavə edib ki, ötən dövrdə hüquqi çərçivə formalaşdırılıb, yeni sığorta məhsulları yaradılıb, icbari avtomobil sığortasında bütün mərhələləri elektronlaşdırılıb:
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
“Qarşıda görüləcək işlər çoxdur. Mikro sığortanın, müştərək sığortanın, icbari tibbi sığortanın və kənd təsərrüfatı sığortasının tətbiqi nəzərdə tutulur. Riskin bölüşdürülməsini nəzərdə tutan müştərək sığortanın tətbiqi üçün qanunvericiliyə ediləcək dəyişikliklər təklifi hökumətə göndərilib. Kənd təsərrüfatı sığortasının yekun modeli də hökumətə təqdim edilib. Biz 2018-ci ili sonunadək kənd təsərrüfatı sığortasının tətbiqi istiqamətində işləri başa çatdırmağı hədəfləyirik”.
Platanın İcraçı direktoru Azərbaycanda sığorta məhsullarının az olmasına da təəssüflənir: "Dünya təcrübəsində 300-dən çox sığorta məhsulu olsa da, Azərbaycanda təqdim edilən sığorta məhsullarının sayı 40 civarındadır. Bu bizi qane edə bilməz".
2 İL ƏRZİNDƏ 3 DƏFƏ ARTIM HƏDƏFİ
Konfransın açılışda çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli
qeyd etdi ki, qəbul edilmiş Strateji Yol Xəritələrinə əsasən, 2 il ərzində Azərbaycanda sığorta bazarının 3 dəfə artırılmalıdır. Bunun üçün mikro sığortanın, yeni icbari sığortaların və kənd təsərrüfatı sığortasının tətbiqinə başlanması nəzərdə tutulur.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyası və Xprimm-in təşkilatçılığı və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “Azərbaycanda sığorta – Yeni perspektivlər” mövzusunda beynəlxalq sığorta konfransı öz işinə başlayıb.
"ƏMLAK SIĞORTASINDA 300 MİLYON MANATADƏK YIĞIMA NAİL OLMAQ OLAR"
Konfransında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda əmlak sığortasına maraq aşağı səviyyədədir. "Əgər Azərbaycanda uçot sistemi təkmilləşdirilsə, bizim hesablamalarımıza görə, əmlak sığortası üzrə əlavə olaraq 200-300 milyon manat yığıma nail olmaq olar. Qonşu ölkələrdə əvvəllər əmlak sığortası üzrə yığımlar ümumi yığımların 17 faizini, indi isə 20 faizini təşkil edir. Bütün bunlar uçot və statistikanın təkmilləşdirilməsi hesabına olub. Bizim də ən mühüm vəzifəmiz ölkədə uçot sisteminin daha da təkmilləşdirilməsinə nail olmaqdır. Bizim sığorta üzrə yığımlarımız da qonşu ölkələrlə müqayisədə yüksək olmalıdır. Sığorta şirkətlərini investisiya şirkətləri kimi qiymətləndirməliyik. Sığorta şirkətlərinin investisiya potensialı artırılmalıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)












