ABŞ-ın ehtiyatları neftin bahalaşmasına maneədir
OPEC və digər neft istehsal edən ölkələrin hasilatın azaldılması məsəlsində razılığa gəlməsinin ardından, diqqətlər ABŞ-ın neft ehtiyatlarına çevrilib.
"Marja" xəbər verir ki, Amerika Neft İnstitutunun (API) açıqladığı məlumata görə, ABŞ-da özəl sektorun neft ehtiyatları ötən həftə 4.68 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi neft ehtiyatı göstəricisinin isə aşağı düşməsi gözlənilir.
Beynəlxalq Enerji Agentliyi, istehsalçıların təklifi azaltmaq qərarından sonra, 2017-ci ilin ilk yarısında neft bazarının defisitə qayıdacağı (tələb təklifi üstələyəcək) proqnozunu verib.
Neft, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvlərinin 30 Noyabrda səkkiz il sonra ilk dəfə istehsalı azaltmaq qərarı verdiklərindən bu yana 16 faiz ətrafında bahalaşıb.
OPEC-in razılaşması və ötən həftə sonu Vyanada aralarında Rusiyanın da olduğu OPEC-ə daxil olmayan 11 ölkənin hasilatın azaldılması razılaşması, dünya neft hasilatının 60%-ni təmin edən ölkələri əhatə edir.
Rəsmi məlumatlara görə, ABŞ-da neft ehtiyatları mövsümi olaraq 30 ildən artıq müddətin ən yüksək səviyyəsindədir.
Analitiklər bildirirlər ki, böyük həcmdəki bir neft ehtiyatları qiymətlərin qalxmasının qarşısında maneədir. 55 ilə 60 dollar zonası ABŞ istehsalçılarına hasilatı yenidən artırmağa imkan verə bilər.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 52.10 dollardan, Brent nefti isə 54.89 dollardan alıcı tapıb. Qiymətlər təxminən 1% aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























