Kakao qiymətləri qızılla yarışır
Şokoladın xam maddəsi olan kakao, ilin əvvəlindən bu yana 30%-ə yaxın bahalaşıb.
"Marja" xəbər verir ki, ilin ilk aylarından etibarən yüksələn və aprel ayında 2943 dollarla 1,5 ilin ən yüksək səviyyəsini görən kakaonun qiyməti, may ayında isə 13% düşüb.
Kakao qiymətində may ayındakı sürətli azalma iyunda da qismən davam etməsinə baxmayaraq, həmin əmtəənin qiyməti ilə başladığı 1900 dollar səviyyələrindən yüksələrək 2433 dollar səviyyələrində tarazlanıb. Beləliklə, kakao qiymətində, ilin əvvəlindən bu yana 28 faiz artım baş verib.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Əmtəə bazarında kakaoya investisiya qoyan investorlar, illərdir "etibarlı liman" kimi səciyyələndirilən qızıla yönələn investorlardan daha çox qazanıblar.
Qərbi Afrikada havanın temperaturunun mövsüm normalarının üzərində olması və yağışların az yağması kakao qiymətlərinin artmasının əsas səbəbidir. Çünki Fil Dişi Sahili və Qana, dünya kakao istehsalının 60%-ni həyata keçirir. Yağışların az olması kakaonun keyfiyyətini aşağı salıb. Aşağı keyfiyyət səbəbindən istehsalçılar kakao satmaqda çətinlik çəkirlər.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Kakaonun ən böyük alıcısı şokolad istehsalçılarıdır. Onların da müəyyən keyfiyyətdə kakao tələb edirlər. Kakaonun istənilən keyfiyyətdə olmaması da kakao qiymətindəki güclü artıma təkan verib.
Şokolad istehsalçıları, mövcud ehtiyatlarını istifadə edərək indiyə qədər istehsala davam edirlər. Yağışların bir miqdar artması ilə əlaqədar olaraq may ayında kakao qiyməti düşüb.
Havanın temperaturunu yüksək qaldıqca və yağışlar aşağı olduqca kakao qiymətlərində azalma gözlənmir.
Beynəlxalq Kakao Təşkilatı, yeni mövsümə dair ilk təxminlərində, kakao istehsalının, isti hava və aşağı yağışlar səbəbilə əvvəlki mövsümə nisbətən 3,3 faiz azalaraq 4,59 milyon tona düşəcəyini nəzərdə tutur. Keyfiyyətdəki azalma səbəbindən də tələbatın aşağı qalacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























