ABŞ-da neft qazma qurğularının sayı 3 aydan sonra azaldı
ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici qəbul edilən neft qazma qurğularının sayı 3 ay aradan sonra ilk dəfə azalma göstərib.
"Marja" xəbər verir ki, neft sahəsi xidmət şirkətlərindən "Baker Hughes"un həftəlik məlumatına görə, 16-22 İyun dövründə, bir əvvəlki həftə ilə müqayisədə ABŞ-da bir neft qazma qurğusunun fəaliyyəti dayandırılıb.
Beləliklə, ötən həftə 863 olan ABŞ-ın ümumi neft qazma qurğularının sayı bu həftə 862-yə geriləyib.
Ölkədəki neft qazma qurğularının sayı, 24-29 Mart həftəsindən bu yana ilk dəfə azalma göstərib.
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Neft quyuları qazma qurğuları vasitəsilə qazılır.
Brent neftinin qiyməti 3,4% bahalaşaraq 75,55 dollara qalxıb. Neftin bahalaşmasına həm qazma qurğuların sayındakı azalma, həm də OPEC-in qərarı təsir göstərib.
OPEC və OPEC-ə daxil olmayan ölkələr İyuldan etibarən xam neft hasilatını gündəlik 1 milyon barrel artırmaq barədə prinsipdə razılaşıblar. Bütün ölkələr hasilatlarını tezliklə artıra bilməyəcəklərindən real istehsal artımı aşağı - 600 min barel olacaq. Bir ölkə digər ölkənin kəsirini bağlaya bilməz.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Bazarların 600 min barellik artımı rahat "həzm" edəcəyi bildirildiyindən neft qiymətləri təkrar yüksəlməyə başlayıb. Həm neftə qlobal tələb artıb, həm də bir sıra ölkələrdə hasilat aşağı düşüb. 600 min barellik artımın artan tələbi və bir sıra ölkələrdə azalan hasilatı bağlamğa kifayət etməyəcəyi bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























