Ən böyük dördüncü ağıllı telefon istehsalçısı birjada satılacaq
Dünyanın ən böyük dördüncü ağıllı telefon istehsalçısı "Xiaomi" səhmlərinin ilkin kütləvi satışına (İPO) hazırlaşır.
"Marja" xəbər verir ki, 28 İyunda institusional investorlardan tələb toplamağa başlayacaq texnologiya nəhəngi, 2,18 milyard ədəd səhmini 17-22 Honq Konq dollarından investorlara təklif edəcək. Şirkətin səhmlərinin investorlara satışndan 6,1 milyard dollar vəsait cəlb ediləcəyi özlənilir. Şirkət, Honq Konq birjasında 9 İyuldan etibarən ticarət olunmağa başlayacaq.
Çinin ən böyük kabelsiz şəbəkə şirkəti "Chine Mobile"ın və ABŞ-ın çip istehsalçısı "Qualcomm"un maraqlananlar arasında olduğu bildirilir. Səhmlərin birjada ilkin kütləvi satışından sonra "Xiaomi"nin bazar dəyərinin 54 ilə 70 milyard dollar arasında bir rəqəmə çatacağı gözlənilir.
"Xiaomi" qazancının 70%-ni telefon satışlarından əldə edir. Ancaq şirkət reklam və onlayn oyunlar sahəsində də böyümək istəyir. "Xiaomi"nin banisi Lei Jun, səhm almaq üçün ilk müraciət edən addır. Lei, şirkətinin əksəriyyət hissəsini almaq istəyir.
Keçən il 100 milyard dollar dəyərində bir İPO planlaşdıran şirkətin bu layihəsi ABŞ-Çin arasında başlayan ticarət müharibəsilə təxirə salınmışdı.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Qlobal texnologiya bazarının analizi xidmətləri göstərən "Canalys"in Çin üzrə araşdırma direktoru Nicole Peng-ə görə, iki ölkənin gömrük vergisi davası, investorun etibarını azaldıb. ABŞ daxil xaricə genişlənmək istəyən "Xiaomi" üçün Qərb bazarlarına girmək bir qədər çətinləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























