Qlobal neft qiymətləri arasındakı fərq azalıb
Brent nefti ilə Qərbi Texas nefti arasındakı fərq OPEC toplantısından sonrası azalıb. Səudiyyə Ərəbistanı hasilatın daha da artırıla biləcəyini bəyan edəndən sonra Brent nefti düşərkən, bazalarda ehtiyatlar azalması ilə ABŞ xam nefti bahalaşıb. Bu səbəbdən Brent və WTI arasında fərq azalıb.
"Marja" xəbər verir ki, dünyanın iki mühüm neft göstəricisi arasındakı fərq bazar ertəsi günü 20 faiz azalıb, son bir həftədə isə yarıyarıya azalıb.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Goldman Sachs Group Inc, ehtiyatların azalması və hasilatın azalması risklərinin hələ də yüksək olmasının təsiriilə bazarda kəsir olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanının enerji naziri Xalid Al-Falih, OPEC-də istehsal artımı ilə nəticələnən müqavilənin ardından, gündəlik 700 min barrel həqiqi bir hasilat artımına işarə verib. Səudiyyəli nazir, bəzi OPEC üzvlərinin və OPEC üzvü olmayan ölkələrin istehsal artımı qabiliyyətinin olmamasına görə istehsalın yalnız gündəlik 700 min barel artacağını qeyd edib. Goldman, aqressiv bir istehsal artımının belə, bazarda əlavə güc olmadığına görə az bir artıqlığa səbəb olacağını bildirib.
Analitiklər bildirirlər ki, qrup daxilində münaqişə mövcuddur. Hazırda qeyri-müəyyənliklər var və bazar hələ də hasilat artımının nə qədər olacağından narahatdır.
Bakı vaxtı ilə saat 08:12-də Brent nefti 1.7% düşərək bareli 74.27 dollara qədər enib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Qərbi Texas nefti (WTI) 0,2% düşərək 68,41 dollar olub. WTI Cümə günü 4.6 faiz yüksələrək 68.58 dollardan bağlanmışdı.
Bu iki neftin arasındakı qiymət fərqi 10 dollardan 5.86 dollara enib. ABŞ nefti bazalarda azalan ehtiyatlara görə bahalaşıb. ABŞ-da yay dövründə avtomobillərin istifadəsinin artmasına görə neft tələb də artır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























