"Harley-Davidson" Avropa üçün istehsalını ABŞ-dan köçürür
ABŞ-ın beynəlxalq motosiklet istehsalçısı "Harley-Davidson", Avropa Birliyinin (AB) ABŞ-a qarşı həyata keçirməyə başladığı gömrük vergilərinə görə, ABŞ-dakı istehsalının bir hissəsini xarici ölkələrə köçürərək, bu bölgələrdən Avropa bazarına motosiklet ixrac edəcəyini açıqlayıb.
"Marja" xəbər verir ki, "Harley-Davidson"dan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilən açıqlamada, ABŞ-ın Avropa Birliyindən idxal edilən polad və alüminiuma əlavə vergilər tətbiq etməsinə cavab olaraq Avropa Birliyinin də cümə günü ABŞ mallarına qarşı gömrük vergisi tətbiq etməyə başladığına işarə edilib.
AB-nin tətbiq etdiyi yeni tariflər səbəbindən "Harvey-Davidson"ın ABŞ-dan AB-yə ixrac etdiyi motosikletlərinin gömrük vergisinin 6%-dən 31%-ə qalxdığı vurğulanan açıqlamada, AB-yə ixrac edilən "Harvey-Davidson" markalı motosikletlərin qiymətinin də 2 min 200 dollar artacağına diqqət çəkilib.
AB-yə ixrac ediləcək "Harley-Davidson" motosikletlərinin istehsalının şirkətin ABŞ xaricindəki beynəlxalq müəssisələrinə köçürüləcəyi bildirilən açıqlamada, sözügedən müəssisələrdə lazımi investisiyalar edilərək istehsalın artırılmasının 9-18 ay davam edəcəyi qeyd edilib.
Sözügedən müddət ərzində vergi tarifləri səbəbilə yaranacaq xərc artımının müştərilərdən alınmayacağı qeyd edilən açıqlamada, tariflərin şirkət üçün bu ilin sonuna qədər 30 ilə 45 milyon dollar arasında xərc artımına səbəb olmasının gözləndiyi məlumatı verilib.
"Harley-Davidson"ın Nyu-York birjasında ticarət olunan səhmləri, cümə gününü 44,21 dollardan bağlamışdı. Səhmlər açıqlamadan sonra bu gün 7,1 faiz ucuzlaşıb.
"Harley-Davidson" üçün ABŞ-dan sonra ən böyük bazarın Avropa Birliyi olduğunu vurğulayan mütəxəssislər, şirkətin keçən il AB-də 40 min motosiklet satdığını qeyd edirlər. Şirkətin, Hindistan, Braziliya, Avstraliya və Tailandda da istehsal obyektlərinin olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




