"ABŞ-ın LNG bazarındakı payı 5 ildə 5 dəfə artacaq"
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Doktor Fatih Birol, ABŞ-ın qaz istehsalı və mayeləşdirilmiş qaz ixracının (LNG) çox sürətli şəkildə artdığını qeyd edərək, "Proqnozlarımıza görə, gələcək 5 ildə qlobal LNG ixracatındakı artımın 75%-ini ABŞ təmin edəcək. ABŞ-ın qlobal LNG bazarındakı payı, bu artımla 4%-dən 20%-ə yüksələcək. Bunun ticarət, qiymətlər, enerji təhlükəsizliyi və geosiyasi baxımından əhəmiyyətli nəticələri olacaq", - deyib.
"Marja" xəbər verir ki, Birol, Vaşinqtonda keçirilən Dünya Qaz Konfransında, IEA-nın qlobal qaz bazarını qiymətləndirən illik hesabatına dair mətbuat konfransı keçirib.
Qlobal qaz bazarını gələcək illərdə 3 mühüm amilin formalaşdıracağını bildirən Birol, bunları Çinin dünyanın ən böyük qaz idxalçısı halına gəlməsi, ABŞ-ın qaz hasilatı və LNG ixracatındakı sürətli artım və emal sektorunun qaz tələbində birinci yerə keçməsi olaraq sıralayıb.
Qlobal qaz istehlakının 2023-cü ilə qədər xüsusilə Çindən gələn tələbin təsirilə illik orta hesabla 1,6 faiz artacağına işarə edən Birol, "Çinin qaz istehlakı gələcək 5 ildə qlobal tələbin 40%-ni yaradacaq. Bu ümumiyyətlə Çin hökumətinin mavi səma siyasətindən qaynaqlanır",- deyib.
ABŞ-ın qaz hasilatı və LNG ixracının da son illərdə çox sürətlə artdığını dilə gətirən Birol, qlobal qaz istehsalındakı mövcud artımın yarısına yaxınının ABŞ-dan qaynaqlandığını vurğulayıb.
Qaza olan tələbat təxminən 10 ildir ki, lider mövqeyində olan elektrik enerjisi istehsalı sektorunun yerini emal sektoruna verəcəyinə diqqəti çəkən Birol, gələcək 5 ildə qaz istehlakında artımın 40%-nin emal sektorundan yaranacağı məlumatını verib.
ABŞ, Çin, Avropa Birliyi və Kanada arasındakı ticari gərginlikləri ilə bağlı suallarıcavablandıran Birol, "Mənim gözləntim ticarət sahəsindəki münaqişələrin LNG ixracına əhəmiyyətli dərəcədə təsir etməyəcəyi istiqamətindədir" deyib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Birol, digər tərəfdən, qaz şirkətlərinin diqqət etməsi lazım olan iki mühüm amilin qiymət və metan qazının salınması olduğunu bildirib.
Qaz qiymətlərinin bir dəyər yüksəlməsinin bazar payının düşməsinə səbəb ola biləcəyini qeyd edən Birol, xüsusilə inkişaf edən ölkələrin digər enerji mənbələrinə yönəlməsinin mümkün olduğunu qeyd edib.
Həmçinin Birol, qaz hasilatına görə ildə 76 milyon ton metan qazının atmosferə qarışdığına diqqəti çəkərək, bu miqdarın yarısının heç bir yeni texnologiyaya ehtiyac olmadan qarşısının alınmasının mümkün olduğunu sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





