Neftin qiymətlərində sürətli artım!
ABŞ-ın müttəfiqlərindən, İrandan neft idxalını noyabr ayına qədər dayandırmasını istədiyi bildirilir.
"Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyindən bir səlahiyyətlinin telekonfransla jurnalistlərə verdiyi açıqlamada, müttəfiq ölkələrdən və şirkətlərdən İrandan etdikləri neft idxalını 4 Noyabra qədər dayandırmalarını tələb edildiyini bildirib.
Açıqlamada, sözügedən şirkətlərin bu tarixdən sonra İrandan neft idxal etmələri vəziyyətində ABŞ-ın sanksiyaları ilə qarşılaşa biləcəyi xəbərdarlığı edilib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Həmçinin səlahiyyətli, ABŞ-ın Türkiyə, Çin və Hindistan kimi İrandan nefti idxal edən ölkələrlə məsələ haqqında danışıqlar aparıldığı məlumatını verib.
Açıqlamanın ardından qlobal neft bazarında xam neftin qiymətlərində sürətli artım baş verib.
Brent neftin barrel qiyməti 2,5 faiz artımla 76,56 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli neftinin barrel qiyməti isə 4 faiz artımla 70,88 dollara qədər qalxıb (Saat 07:50-yə olan məlumat)
ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində ölkəsinin İran ilə nüvə müqaviləsindən çıxması barədə qərar vermişdi. ABŞ Xəzinə Nazirliyi İrana qarşı sanksiyaların 90 və 180 günlük periodlarla yenidən tətbiq edilməyə başlanacağını bildirmişdi.
Xəzinə Nazirliyi, sözügedən periodun müvafiq olaraq 6 Avqust və 4 Noyabr tarixlərində başa çatacağını bildirmişdir.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən böyük üzvlərindən olan İranın xam neft hasilatı ötən ay gündəlik orta hesabla 3,8 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracının gündəlik orta hesabla 2 milyon barel olduğu ehtimal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























