Hadisə olmasa sığorta haqqı geri qaytarılır – YENİ MƏHSUL
(®) Bundan sonra həyatını sığortalayan Azərbaycan vətəndaşları hadisə baş verməyəcəyi təqdirdə, sığorta haqlarını geri ala biləcəklər. Daha dəqiq tərif etsək, ölüm halı baş verməsə sığorta haqqı sığorta olunana qaytarılacaq.
Həyat sığortası bazarında maraqlı yenilikləri ilə seçilən "Qala Həyat" sığorta şirkətinin yeni məhsulu ölkə vətəndaşlarına belə imkan yaradıb. Bununla şirkət, həyat sığortasına yeni nəfəs verməyi düşünür, həyatın müxtəlif növ sığorta məhsullarının təbliğini və əhali arasında yayılmasını qarşısına məqsəd qoyur.
Şirkət bazara məhsul üzrə iki paket – A və B paketlərini təqdim edir. A paketi üzrə sığorta məbləği 500 AZN, sığorta haqqı isə 150 AZN nəzərdə tutulub. B paketində sığorta məbləği 1000 AZN-dən, sığorta haqqı isə 150 AZN-dən başlayır.
Həyat sığortası çox mühüm sığorta sahəsi olsa da, həyatını sığortalayan bəzi vətəndaşlar, hadisə baş vermədiyi təqdirdə ödənişlərinin boşuna sərf edildiyini düşünürlər. «Qala Həyat»ın təqdim etdiyi yeni məhsulda isə müştərilər hadisə baş verməyəcəyi təqdirdə, ödədikləri sığorta haqqının bir hissəsini və ya tam olaraq geri alacaqlar.
Bir illik bağlanan sığorta müqaviləsi üzrə A paketində ölüm hadisəsi olduğu halda sığorta məbləği 100% olmaqla faydalanan şəxsə ödəniləcək. Müştəri yaşadığı halda isə sığorta haqqı tam olaraq sığorta olunan və ya faydalanan şəxsə qaytarılır.
B paketi A paketindən fəqrlənir. Belə ki, B paketi üzrə təminatda ölüm halı olarsa, sığorta məbləği 100% olmaqla faydalanan şəxsə ödəniləcək. Müştəri yaşadığı halda isə sığorta haqqının 60%-i sığorta olunan və ya faydalanan şəxsə qaytarılacaq.
Bundan başqa, məhsulun üstünlüklərindən biri də bu məhsulu əldə edən müştərilərin pulsuz olaraq “Avropa Hüquq Xidməti” şirkətinin hüquqi məsləhət xidmətlərindən yararlana bilməsidir.
Eləcə də, B paketini əldə edən müştərinin sığorta haqqısı 2000 AZN-dən yüksək olduqda o “Sfera” şirkətinin təqdim etdiyi beynəlxalq dərəcəli həkim məsləhətindən faydalanaraq “Qala Sığorta”dan 1 il müddətinə 14 günlük pulsuz səfər sığorta məhsulu əldə edə bilər.
Həyat sığortası sahəsində təqdim olunan bu yenilik əhaliyə sərfəli şərtlərlə sığorta xidməti göstərmək imkanı ilə yanaşı, həm də həyat sığortası və ümumilikdə sığorta sektoruna inamı da yüksəldəcək.
“Qala Həyat” Sığorta Şirkəti ASC
Tel.: +(99412) 404-77-74
Faks: +(99412) 530-60-03
Qaynar Xətt: 1540
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 21 d. əvvəl
-
52 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ























