Tramp istədi, Səudiyyə Ərəbistanı neft hasilatını 2 milyon barel artıracaq
ABŞ Prezidenti Donald Tramp, İrana tətbiq olunacaq embarqo və Venesuelladakı daxili iğtişaşlar səbəbilə neftin qiymətlərinin artması meylinə qarşı Səudiyyə Ərəbistanından neft hasilatını 2 milyon barel artırılmasını istəyib.
"Marja" xəbər verir ki, Tramp Twitter-də paylaşdığı açıqlamasında, "İndi Səudiyyə Ərəbistanının Kralı Salman ilə danışdım və ona İranla münaqişə və Venesuelladaki qarışıqlıq səbəbilə aradakı fərqi ödəmək üçün Səudiyyə Ərəbistanının neft istehsalını 2 milyon barrelə qədər artırmasını istədiyimi bildirdim, o da qəbul etdi" deyib.
Tramp neft qiymətlərinin yüksəlməsinə qarşıdır.
Səudiyyə Ərəbistanından məsələ ilə bağlı bir açıqlama verilməyib.
Səudiyyə Ərəbistanı İyul ayında hasilatı 11 milyon barrelə qaldırmağı planlaşdırır. Həmçinin Səudiyyə Ərəbistanının nəzarət etdiyi OPEC, Rusiya və digər neft istehsalçıları ilə razılaşaraq gündəlik neft istehsalını 1 milyon barel artırmaq barədə razılaşıblar.
Səudiyyə Ərəbistanının dövlət mediası, Səudiyyə Kralı Salman və ABŞ Prezidenti Trampın neft qiymətlərində sabitliyə nail olmaq məqsədilə, mümkün neft çatışmazlığını kompensasiya etmək üçün neft şirkətlərinin istehsalı artırması üçün razılaşdıqlarını bildirib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
İran ilə bağlanmış nüvə müqaviləsindən ABŞ-ın çıxmasının ardından Tramp, İrana embarqo tətbiq ediləcəyini açıqlamaqla bərabər, Avropa, Asiya və Yaxın Şərqdəki müttəfiqlərinə İrandan neft idxalını dayandırmaları üçün təzyiq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



