Türkiyə 1 milyon ton pambıq istehsal edəcəyini gözləyir
Türkiyə əkin sahələrinin artması sayəsində bu il 1 milyon ton pambılq yığacağını gözləyir.
"Marja" xəbər verir ki, Milli Pambıq Şurasının sədri Barış Kocagöz, pambıq əkin sahələrinə dair hökumət tərəfindən aparılan düzgün siyasət sayəsində son 5 ildə pambıq istehsalında artım yarandığını deyib.
Ölkə daxilində pambıq əkin sahələrinin artdığını dilə gətirən Kocagöz, ötən mövsüm 462 min hektardan 840 min ton pambıq istehsal edildiyini, bu mövsüm üçün də təxminən 530 min hektar sahədən 1 milyon ton pambıq istehsalının həyata keçirilməsini gözlədiklərini qeyd edib.
Kocagöz, "Pambıq əkilmiş sahələr 2001-2002 mövsümündə 721 min hektara qədər yüksəlmişdi və 1 milyon ton pambıq istehsal etmişdik. Bu il isə 530 min hektarla eyni rəqəmə nail olacağımızı düşünürük. Çünki 2002-dən bu yana uğurumuz çox artıb. Türk istehsalçısı, pambıq istehsalında çox uğurlu, rəqabətə davamlı, GMO-suz toxumlarla pambıq istehsal etməsinə baxmayaraq Avstraliyadan sonra dünyada məhsuldarlıq baxımından ikinci yerdədir",- deyib.
Kocagöz bildirib ki, Türkiyənin tekstil sektorunun pambıq istehlakı 1 milyon 650 min tondur: "Bizim proqnozumuza görə, 5 il ərzində tekstilin bu ehtiyacı 2 milyon tona yaxınlaşacaq. Bu səbəbdən sürətimizi azaltmadan istehsalı artırmaqda davam etməyimiz lazımdır. Çünki bizim pambıq istehsal etməyə ehtiyacımız var".
Kocagöz, pambığın əlavə dəyəri ən yüksək kənd təsərrüfatı məhsullarından olduğunu qeyd edib.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
Mövsüm | Əkin sahəsi (Min hektar) | İstehsal miqdarı |
2014-2015 | 460 | 720 min ton |
2015-2016 | 434 | 640 min ton |
2016-2017 | 420 | 703 min ton |
2017-2018 | 462 | 840 min ton |
2018-2019 | 530 | 1 milyon ton (təxmin) |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





