Tramp: "Almaniya Rusiyanın əsiridir"
NATO Sammiti çərçivəsində səhər yeməyində NATO-nun Baş Katibi Jens Stoltenberq ilə görüşən ABŞ Prezidenti Donald Tramp, Almaniyanın müdafiə xərclərini artırmamasını və Rusiyaya ilə enerji əməkdaşlığını tənqid edib.
Tramp, "Avropa Rusiyadan qorunmaq lazım olduğu söylənir. Elə isə nə üçün NATO ölkələri enerji üçün Rusiyaya milyardlarla dollar ödəyir"? açıqlamasını verib.
Almaniyanın Rusiya ilə neft və qaz müqavilələri bağlamasının "çox pis" olduğunu qeyd edən Tramp, "Almaniya enerji üçün Rusiyaya yüksək səviyyədə ödənişlər edir. Bu səbəbdən Almaniya Rusiyanın bir əsiridir",- deyib.
Almaniyanın Rusiya ilə "Şimal axını - 2" xəttilə bağlı müqavilə bağladığını xatırladan Tramp, beləliklə, Rusiyanın təbii qazı sayəsində Almaniyanın 70%-nə nəzarət edəcəyini deyib.
"NATO ölkələri müdafiə xərclərini anında artırmalıdır"
Trump", NATO müttəfiqlərinin 10 il ərzində deyil" anında" müdafiə xərclərini artırması lazım olduğunu bildirərək, "Bu qəbul edilməzdir. Biz Almaniyanı, Fransanı, hamını qoruyuruq. Çoxlu pul ödəyirik. İllərdir bu şəkildə davam edir. Başqa ABŞ prezidentləri də bunu gündəmə gətirdi, amma bu barədə heç bir şey etmədi. Ya anlamadılar ya da müdaxilə etmək istəmədilər. Amma bu bizim ölkəmiz üçün böyük ədalətsizlikdir",- deyib.
Xüsusilə Almaniyanın müdafiə xərclərinin çox aşağı səviyyədə olduğunu deyən Trump, "Almaniya çox zəngin bir ölkədir. Müdafiə xərclərini anında, dərhal sabah artıra bilər və heç bir çətinlik olmaz". açıqlamasını verib.
XXX
ABŞ Prezidenti Donald Tramp "Şimal axını - 2" qaz kəmərinin tikintisinə razılıq verən NATO ölkələrini tənqid edib.
Bu barədə xəbər verir.
Brüsseldə NATO baş katibi ilə işgüzar səhər yeməyindən əvvəl jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti xüsusilə Almaniyanı kəskin tənqid edərək onu Rusiyanın girovu adlandırıb.
"Almaniya Rusiyanın tam nəzarəti altındadır. Yeni boru kəmərinin inşasından sonra təbii qazın 70% -i Rusiyadan daxil olacaq "- Prezident bildirib.
O əlavə edib ki, "Şimal axın – 2" layihəsinin həyata keçirilməsi ABŞ üçün qəbuledilməzdir.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























