Milyarderin Azərbaycandakı bankının vəziyyəti məlum oldu
“Nikoil Bank” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Nikoil Bank” ın faiz gəlirləri 32 milyon 601 min manat, qeyri-faiz gəlirləri 3 milyon 545 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 17 milyon 568 min manat əməliyyat mənfəəti yaranıb. “Nikoil Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 63 milyon 429 min manat ayırdığınıdan cari ilin 6 ayını 45 milyon 860 min manat zərər ilə bağlayıb.
2017-ci ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında "NikoilBank"ın faiz gəlirləri azalıb, qeyri-faiz gəlirləri yaranıb. Belə ki, 2017-ci ilin yanvar-iyun dövründə “Nikoil Bank” ın faiz gəlirləri 33 milyon 873 min manat, qeyri-faiz zərəri 342 min manat, xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti isə 13 milyon 520 min manat təşkil etmişdi. Bank ehtiyatlara 12 milyon 926 min manat ayırdığından ötən ilin birinci yarısını 580 min manat xalis mənfəət ilə bağlamışdı.
30 İyun 2018-ci il tarixində “Nikoil Bank” 446 milyon 472 min manat cəmi aktivlərə, 392 milyon 523 min manat cəmi öhdəliklərə və 53 milyon 948 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2017-ci il tarixində “Nikoil Bank” 437 milyon 330 min manat cəmi aktivlərə, 362 milyon 364 min manat cəmi öhdəliklərə və 74 milyon 965 min manat cəmi kapitala malik idi.
Bu il ərzində müştərilərə verilən kreditlər 291 milyon 46 min manatdan 289 milyon 31 min manata düşüb. Xalis kreditlər isə 218 milyon 94 min manatdan 207 milyon 978 min manata geriləyib.
30 İyun 2018-ci il tarixində “Nikoil Bank” 245 milyon manat nizamanmə kapitalına malik olsa da yığılmış 196 milyon 100 min manat zərər qədər nizamnamə kapitalı azalıb və 48 milyon 900 min manata düşüb. 4 milyon 199 min manat ümumi ehtiyatlar ilə birlikdə cəmi (məcmu) kapital 53 milyon 948 min manat təşkil edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
"Nikoil Bank" 31 Dekabr 2017-ci il tarixində 74 milyon 965 min manat manat, 31 Mart 2018-ci il tarixində 99 milyon 744 min manat cəmi kapitala malik idi. 2018-ci ilin birinci rübündə cəmi kapitalın artmasının səbəbi nizamnamə kapitalının 25 milyon manat artırılaraq 245 milyon manata qaldırılması idi. Bankın bu ilin yanvar-iyun dövründəki 45 milyon 860 min manat zərərinin 309 min manatı yanvar-mart dövründə, 45 milyon 551 min manatı aprel-iyun dövründə yaranıb. İkinci rübdə zərər böyük olduğundan cəmi kapital da azalıb.
Bu gün “Nikoil Bank” bəyan edib ki, iyul ayında (hesabat tarixindən sonra) nizamnamə kapitalı 34 milyon manatadək artırılıb. Nizamnamə kapitalı artırıldıqdan sonra bankın cəmi kapitalı 106 milyon təşkil etmişdir. Bu isə məcmu kapital üzrə minimal tələbdən (50 milyon manat) 2 dəfə çoxdur. 10% minimal normaya qarşı “Nikoil Bank”ın kapitalının adekvatlıq əmsalı 28,3% təşkil etmişdir.
"Nikoil Bank" Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri, Azərbaycanlı milyader Vahid Ələkbərovun bankı kimi tanınır. Ötən ilin sonunda Bankın 93.16%-i "Topaz Investments" QSC-yə, 6.68%-i fiziki şəxslərə və 0.16%-i İSR Holding-ə məxsusdur.
II rübün hesabatları, 2018-ci il.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
36 d. əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 42 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
51 d. əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
55 d. əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
1 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb



















