Gərginlik valyutalara da sıçradı!
ABŞ Prezidenti Donald Trampın, "Çin, Avropa Birliyi və digərləri öz valyutalarını manipulyasiya edir" açıqlamasına Çin Xarici İşlər Nazirliyi cavab verib.
"Marja" xəbər verir ki, Nazirlik açıqlamasında, "Yuanın məzənnəsi bazarda müəyyən olunur. Çinin ixracını dəstəkləmək üçün devalvasiyaya ehtiyacı yoxdur",- deyilir.
ABŞ-ın ticarət məsələsində təhdidlərinin Çin üzərində işləməyəcəyinin bildirildiyi açıqlamada, "ABŞ-ı ağlı başında hərəkət etməyə və problemləri ağlabatan şəkildə həll etməyə çağırırıq",- ifadələrinə yer verilib.
DOLLARIN DƏYƏRİNİ ARTIRDIĞI ÜÇÜN FED-İ TƏNQİD ETMİŞDİ
ABŞ Prezidenti Donald Tramp, cümə günü etdiyi açıqlamada, Amerika Mərkəzi Bankını (Fed) tənqid edərək bunları demişdi:
"Çin, Avropa İttifaqı və digərləri öz valyutalarını manipulyasiya edir və faiz dərəcələrini endirir. Dolların gündən-günə güclənməsinə baxmayaraq, ABŞ faizləri artırır və rəqabət üstünlüyünü itirir. Hər zamankı kimi bərabər şərtlər təmin edilmir".
Fed-in sərt pull siyasətinin iqtisadi sahədə atılan addımlara zərər verdiyini qeyd edən Tramp, "Faizin artırılması hər şeyə zərər verir. Qeyri-qanuni valyuta manipulyasiyası və pis ticarət razılaşmalarına qarşı ABŞ-ın itirdiklərini yenidən qazanması lazımdır. Borcların vaxtı gəlir və biz faiz artırırıq",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























