"Biz qarət edilən "kassayıq"
ABŞ Prezidenti Trampdan ticarət və gömrük rüsumları açıqlaması
ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabından verdiyi açıqlamada, "Neçə illər ticarətdə bizə haqsız rəftar edən ölkələrin hamısı indi Vaşinqtona müzakirələrə gəlirlər. Bunun illər əvvəl reallaşması lazımdı, amma gec olsun, güc olmasın", - ifadələrini istifadə edib.
"Marja" xəbər verir ki, həmçinin Trump, "Gömrük rüsumları ən qəribəsidir! ABŞ-a haqsız rəftar edən bir ölkə ya ticarət danışıqlarında ədalətli bir razılaşma təmin etməli, ya da gömrük vergiləri ilə cavab verməlidir. Bu qədər bəsitdir. Xatırlayın, biz qarət edilən "kassayıq". Hər şey gözəl olacaq",- yazıb.
Tramp, ötən həftə ABŞ-ın CNBC kanalına verdiyi xüsusi müsahibəsində, Çinə 500 milyard dollar dəyərində gömrük vergisi tətbiq edə biləcəyini söyləmişdi.
2 həftə əvvəl, Trampın tapşırığı ilə Vaşinqton rəhbərliyi, Çinin ABŞ-ın daha əvvəlki tariflərinə cavab tədbirləri səbəbilə 10 faiz gömrük vergisi tətbiq ediləcəyi 200 milyard dollarlıq Çin məhsullarının siyahısını dərc etmişdi. Bundan əvvəl isə ABŞ, Çinin ədalətli olmayan biznes fəaliyyətlərinə cavab olaraq təxminən 34 milyard dollarlıq Çin məhsuluna 25 faiz tarif tətbiq etməyə başladığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





