Daha bir tarixi qərar
İri şirkətlər ekoloji qayğıları ilə əlaqədar olaraq birdəfəlik plastik məhsulları ardıcıl qadağan etməyə başlayıblar. "Marja" xəbər verir ki, IKEA, Starbucks və Marriot kimi şirkətlərdən sonra indi də Walt Disney oxşar istiqamətdə qərar verib. Walt Disney Co, bütün məkanlarında plastik qaşıq, çubuq, pipeti qadağan edəcəyini açıqlayıb.
Walt Disney-dən verilən açıqlamada qeyd edilib ki, şirkətin ekoloji məsuliyyətlərinə sıx bağlılığı səbəbindən müvafiq qərar verilib. 2019-cu ilin ortasından etibarən qüvvəyə minəcək qərar, Walt Disney-in dünya miqyasında bütün əyləncə mərkəzlərini və mağazalarını əhatə edəcək.
Bu qərar şirkətin ildə 175 milyon ədəd plastik pipet və 13 milyon qaşıqdan xilas olması deməkdir.
IKEA, bütün mağaza və restoranlarında 2020-ci ildən etibarən plastik məhsulları qadağan edəcək, plastik pipet, çəngəl, bıçaq, qaşıq, zibil poşeti kimi məhsullar istifadə olunmayacaq.
Bənzər şəkildə Starbucks da 2020-ci ilə qədər plastik pipet istifadəsinə son verəcəyini bildirmişdi.
KREDİTLƏ İSTİRAHƏT ET!
Dünyanın ən böyük otel şəbəkələrindən biri olan Marriott da bu ilin sonundan etibarən 1500-dən artıq otelində plastik pipet və plastik qaşıq istifadə edilməyəcəyini açıqlayıb.Marriott ildə 1 milyard plastik pipet və 15 milyard plastik qaşıq istifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























