Azərbaycan otel və tur şirkətləri üçün gözəl fürsət
Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, elektron vasitələrin təkmilləşdirilməsi nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoymuş və ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlamışdır.
Bu səbəbdən də Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yeni texnologiya, xidmətlərin elektron formatda təqdim olunması istiqamətində bir çox yeniliklərin tətbiqi məkanına çevrilməkdədir. Qeyd olunan müasir dövrün tələbləri ilə Azərbaycanda yaxın dövrdə fəaliyyətə başlamış olan “Lets GO” şirkəti turizm bazarında fəaliyyət göstərən mehmanxanalar və tur agentliklər üçün çox gözəl fürsətdir. Şirkət xarici və yerli mütəxəssislərin birgə fəaliyyəti nəticəsində Azərbaycan turizm bazarını araşdıraraq lets-go.travel platformasını istifadəyə vermişdir. Platforma ilkin mərhələdə Azərbaycan ərazisində beynəlxalq standartlara cavab verən nəqliyyat və tur xidmətlərini onlayn rejimdə ödəniş edərək sifariş etmək imkanı verir. Onlayn sifariş platformanın bir çox özəlliklərindən yalnız biridir. Bu arada müştəri sifarişin pulsuz ləğvetmə imkanından yararlandıqda ödənmiş olan məbləğ bir neçə saniyə ərzində kart hesabına geri qayıdır. İstifadəçi bütün mərhələlərdə (sifariş bölməsinin doldurulması, ödənişi, təsdiqi, icrasının başlaması, bitməsi və s.) avtomatlaşdırımış formada elektron məktublar alır ki, bu da bütün prosesin həm ciddi nəzarət altında, həm də şəffaf formada həyata keçirilməsini təmin edir. Müştəriyə hətta məktubla ona təyin olunan nəqliyyat vasitəsinin hərəkətini izləyə biləcək link də göndərilir. Xidmətin ən yüksək standartlara cavab verməsini və yenə nəzarət sistemini gücləndirmək məqsədilə sürücülər üçün “LetsGO Driver” mobil aplikasiyası hazırlanmışdır və sürücü bütün addımları (sifarişin icrasına başladım, təyin olunan məntəqəyə çatdım, müştərini qarşıladım, ünvanına çatdırdım, iş yekunlaşdı) aplikasiya üzərində qeyd etməklə iş prosesini həyata keçirir. İşin yekununda müştəriyə xidmət səviyyəsini dəyərləndirmək üçün 3 bölmədən ibarət 9 ballı sistem təklif olunur. Aşagı bal (7-dən az) toplamış sürücülərlə əməkdaşlıq dayandırılır.
Platformada növbəti mərhələ digər turizm xidmətləri - otel otaqlarının və aviabiletlərin satışı, viza dəstəyi və s. göstərərək ölkəmizə gəlməyi planlayan turistlər üçün vahid məkana çevrilə bilməkdir.
Lets-go.travel portalı hələlik 5 dildə - azərbaycan, ingilis, rus, fransız və ərəb dillərində fəaliyyətdədir ki, bu da xarici istifadəçilərin rahatlığını təmin edir. Əlavə dillərin qoşulması istiqamətində işlər davam edir.
Lets Go platforması həm də aşağıdakı üstünlüklərə sahibdir:
- Fərdi qəza sığortası
-Təlimatlı peşəkar sürücülər
-Lisenziyalı bələdçilər
-Wi-Fi ilə təchiz olunmuş yeni nəqliyyat vasitələri
-Avtomobillərdə sərinləşdirici içki və meyvə ilə təminat
-Pulsuz ləğvetmə və dəyişmə imkanı
-24/7 dəstək (telefon, onlayn çat, e-mail)
-Müştərilərə xüsusi endirimlər və bonuslar
“Lets GO” yaratdığı sistem ilə Azərbaycan turizm sənayəsində mövcüd olan bütün tərəfdaşlar, xüsusilə otel və turizm şirkətləri üçün əvəzedilməz xidmətlər təklif edir. Əməkdaşlıq edən hər bir tərəfdaş şirkət şəxsi kabinetə, sifariş tarixçəsinə, komissiya gəlirləri barədə ətraflı, tam şəffaf məlumatlara və s. sahib olur. İstənilən təşkilat üçün asan şəkildə sistemə müxtəlif formalarda inteqrasiya oluna biləcək şərait vardır. B2B əməkdaşlıqda maraqlı olan şirkətlər (otel, turizm şirkəti və s.) bu link http://lets-go.travel/az/web/partner/b2b üzrə daxil olaraq daha ətraflı məlumata sahib olub qeydiyyatdan keçə bilərlər.
Lets GO partnyorluq modeli ən müasir texnologiyaların tətbiqi ilə həm rahatdır, həm sərfəli, həm də alternativsiz təbii seçimdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
4 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
5 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
5 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















