"Turistin Hava Limanındaca sürət qatarına minmək imkanı olmalıdır"
“Ölkə daxilində istər yük, istərsə də sərnişindaşıma xidmətlərinin səviyyəsi də beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Düzdür, son illərdə bu sahədə mühüm addımlar atılıb, çox sayda yük və sərnişin nəqliyyat vasitələri yeniləşdirilib. Yol-nəqliyyat infrastrukturu müasirləşdirilib. Hazırda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Amma, fikrimcə, sözügedən sahədə tədbirlərin əhatə dairəsi daha da genişləndirilməlidir”.
“Marja” xəbər verir ki, bunu iqtisadçı-ekspert Məhərrəm Məmmədov bildirib.
İqtisadçı qeyd edib ki, metro, avtomobil və dəmiryolu sərnişindaşımasında vahid əlaqələndirmə üçün müvafiq proqram hazırlanmalıdır: “Bu proqramın icrası nəticəsində, məsələn, təyyarədən düşüb dəmiryolla Tiflisə getmək istəyən əcnəbinin elə Bakı Beynəlxalq Hava Limanındaca sürət qatarına minmək imkanı olmalıdır. Metro xətləri də digər nəqliyyat qovşaqlarına qovuşmalıdır. Bu baxımdan Abşeron yarımadasını əhatə edən müasir dəmiryol şəbəkəsinin yaradılması layihəsi ciddi dəyişikliklərə səbəb olacaq. Digər nəqliyyat növlərinin sərnişindaşıma imkanları bu layihəyə uyğunlaşdırılmalıdır”.
İqtisadçı Tarif Şurasının qərarı ilə sərnişindaşımada qiymətlərin tənzimlənməsi ətrafında yaradılan söz-söhbətlərə münasibət bildirib:
“Təəssüf ki, zəruri iqtisadi-maliyyə tədbirlərdən siyasi şou düzəltməklə insanları çaşdırmaq istəyən müxalif dairələr gerçəkliyə başqa şəkildə yozum verir, özlərini xalqa canıyanan kimi göstərmək istəyirlər. Həqiqət ondan ibarətdir ki, son illərdə dövlətin davamlı dəstəyi ilə ölkədə sərnişindaşıma nəqliyyatının da maddi bazası əsaslı surətdə müasirləşdirilib və gücləndirilib. Hazırda paytaxtın avtobus parkları rahat nəqliyyat vasitələri ilə müəyyən dərəcədə yenilənib, xidmətin səviyyəsi yüksəlib. Amma etiraf edək ki, bu sahədə çətinliklər tamamilə aradan qaldırılmayıb. Avtobusların xeyli hissəsi köhnə olduğundan nümunəvi sərnişindaşıma xidməti göstərmək mümkün deyil. Sürücülər ay ərzində inkişaf etmiş olkələrdə olduğu kimi, 170-180 saat deyil, bir çox halada 250-300 saat işləyirlər. Onların bir çoxu məzuniyyət, istirahət nə olduğunu bilmir. Çünki nəqliyyat müəssisələrinin yeganə gəlir mənbəyi olan gediş haqqının aşağı olması əlavə sürücü saxlamağa, məzuniyyət haqqı ödəməyə imkan vermir. Ağağı əmək haqqı ilə belə gərgin işləmək sürücülərdə əsəbilik yaradır, onların bəzi hallarda sərnişinlərlə kobud rəftarına da rast gəlirik. Bu səbəbdən sərnişindaşımanın ən təcrübəli sürücüləri başqa sahələrə üz tuturlar. Səhər saat 5-də qarajda olan, sonuncu reysi gecəyarı başa vuran, işə taksi ilə gəlibgetməli olan sürücülərə yüksək maaşı yalnız nəqliyyatın normal qazancı ilə vermək olar. Axı digər pullu xidmət sahələrində sərnişindaşıma nəqliyyatı işçilərinə və onların ailəsinə heç bir güzəşt edilmir. Bəs onda onlar niyə aşağı xidmət haqqı ilə, ziyanla işləməli, güzəranlarını tarzlaşdırmaq imkanından mərhum edilməlidirlər? Ölkəyə gələn çoxsaylı turistlər nəyə görə lazım olduğundan aşağı gediş haqqı ödəməlidirlər? Digər özəl fəaliyyət və pullu xidmət sahələrində çalışıb yüksək qazanc əldə edənlər niyə nəqliyyat işçilərinin xidmətinin haqqını lazımi səviyyədə ödəməməlidirlər? Sosial ədalət budurmu? Bax indiki tarif dəyişikliyi bu problemlərin aradan qaldırılmasına, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinin davam etdirilməsinə, sürücülərin əmək haqlarının artırılmasına, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsinə yönəldilib.
Bu zəruri, amma müəyyən qədər anlaşma tələb edən addım, inanıram ki, tezliklə öz doğruluğunu və səmərəsini sübuta yetirəcək. Ən başlıcası, sərnişindaşımada yüksək standartlar təmin ediləcək. Bir məqamı da unutmamalıyıq. Biz bazar iqtisadiyyyat şəraitində yaşayırıq. İqtisadiyyatımız azad iqtisadiyyat prinsipləri ilə idarə olunur. Dövlətin nəqliyyat sektoruna diqqət və qayğısı heç də o demək deyil ki, bu sahədə qiymət tənzimlənməsi aparılmamalıdır. Yox, nəqliyyat sektoru, o cümlədən istər yük, istərsə də sərnişin daşınması özünümaliyyələşdirmə prinsipi əsasında tənzimlənməlidir. Bu məsələdə dövlətin dəstəyi yırtıq vedrəyə su tökməyə bənzəməməlidir. Dövlət müəyyən vaxt hansısa sahənin ayağa qaldırılmasına kğmək edir, bu davamlı ola bilməz. İndiki halda, ölkəmizdə sərnişindaşımanı yüksək inkişaf etmiş dövlətlərdəki kimi görmək istəyiriksə, mövcud sistemi müasir texnologiyalar əsasında qurmaq arzusundayıqsa qlobal bazarın iqtisadi şərtlərini mütləq qəbul etməliyik. Sərnişin nəqliyyatında xidmətlə bağlı qiymətlərin tənzimlənməsini ləngimədən gerçəkləşdirməliyik.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, hər bir vətəndaş Tarif Şurasının ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarını anlayışla qarşılamalı, onun müsbət nəticələrtinə inanmalıdır. Nəqliyyat işçiləri də öz növbəsində cəmiyyətin gözləntilərini doğruldaraq xidmətin həcmini və keyfiyyətini yüksəltməlidirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 15 saat əvvəl
-
15 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
15 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
17 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
18 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif















