Beynəlxalq Bankı VİSA kart sahibləri üçün lotereyaya start verdi
Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün xoş sürpriz həyəcanı davam edir. Bank yeni stimullaşdırıcı lotereya kampaniyasına başlayıb.
İştirak şərtləri belədir:
-Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının VİSA plastik kartları ilə xarici ölkələrdəki POS-terminallarda ən azı 100 manatlıq ödəniş etmiş müştərilər, eləcə də xarici ölkələrə məxsus internet səhifələrində ən azı 100 manatlıq ödəniş etmiş müştərilər hər 100 manatlıq ödənişə görə 1 uduş şansı qazanacaqlar.
Məsələn, əgər müştəri bankın VİSA plastik kartı ilə bu qaydada 430 manatlıq ödəniş etmişsə, onun lotereyada 4 uduş şansı olacaq. 100 manatdan daha az olan əməliyyat məbləğləri üst-üstə toplanmır və bir dəfəyə ödənişi 100 manata çatmayan müştərilər kampaniyada iştirak etmir. Eyni bir iştirakçı kampaniyada iştirak imkanlarından istifadə edərək uduş şanslarını istənilən sayda artıra bilər.
Lotereya kampaniyası 01 avqustdan 15 sentyabra qədər davam edəcək.
Uduş fondu 25 sentyabr 2018 – ci il tarixində bankın rəsmi Facebook səhifəsində canlı yayımda oynanılacaq. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 50 iştirakçı 100 manat, 30 iştirakçı 300 manat, 15 iştirakçı 500 manat qazanacaq. Lotereyanın 2 qalibinə “iPhone 8”, daha 2 qalibinə “iPhone X” smartfonları hədiyyə veriləcək. BİRİNCİ YERİN QALİBİ isə Azərbaycan Beynəlxalq Bankından 5000 MANAT HƏDİYYƏ qazanacaq.
Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
29 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
33 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib

















.jpg)

