"AAA" reytinqli ölkələrin sayı 14 ilin ən aşağı səviyyəsində
"Fitch Ratings" kredit reytinqi agentliyindən "AAA" səviyyəsində kredit reytinqi almış ölkələrin sayı 2003-cü ildən bu yana ən aşağı səviyyəyə düşüb. "Marja" xəbər verir ki, agentlik, bu vəziyyətin gələcək iki il ərzində dəyişməsini gözləmir.
Fitch Ratings-ə görə 2004 və 2009-cu illər arasında "AAA" reytinqinə malik ölkələrin sayı 16 ikən, bu sayın 11-ə geriləmiş olması, qlobal maliyyə böhranının uzunmüddətli təsirini əks etdirir.
"AAA" reytinqinə sahib ölkələrin istiqrazları, qlobal istiqraz bazarının 40%-ni təşkil edir; bu nisbət 10 il əvvəl 48% idi.
Fitch-ə görə "AAA" reytinqinə sahib bütün ölkələr "sabit" proqnoza malikdirlər və bu gələcək 12 ilə 24 ay arasında reytinq endirimi gözlənilmədiyinə işarə edir. Bununla bərabər, "AA+" reytinqinə malik heç bir ölkənin proqnozu "müsbət" deyil və bu da eyni dövrdə reytinq artırılmasının ehtimal daxilində olmadığını göstərir.
Yaponiya, 1998-ci ildə "AAA" reytinqini itirən ilk ölkə oldu. Ardından altı ölkə "AAA" reytinqini itirib: Avstriya (AA+/Sabit), Finlandiya (AA+/Sabit), Fransa (AA/Sabit), İrlandiya (S/Sabit), İspaniya (BBB+/Sabit), İngiltərə (AA/Negatif).
Son on il ərzində "AAA" reytinqinə yüksələn tək ölkə - 2011-ci ilin Noyabr ayında Avstraliya olub. Heç bir əvvəlki "AAA" ölkəsi təkrar "AAA" statusunu geri qazanmayıb.
Fitch-ə görə "AAA" statusundakı ölkələr Avstraliya, Kanada, Danimarka, Almaniya, Lüksemburq, Hollandiya, Norveç, Singapur, İsveç, İsveçrə və ABŞ-dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























