Beynəlxalq Bank və "ASAN kadr" birgə layihəyə start verir
Sosial Media Marketinqinin (SMM) bütün dünyada sürətli inkişafını, əmək bazarında SMM mütəxəssislərinə getdikcə güclənən tələbatı nəzərə alaraq Azərbaycan gənclərinin bu peşəyə yiyələnməsinə və uğurlu karyera qurmasına dəstək məqsədilə #SMM2018 Business Breakfast layihəsinin icrasına başlanılır.
Artıq 3 ildir ki təşkil olunan #SMM Business Breakfast layihəsi çərçivəsində bu il Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu və ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzinin təşkilatçılığı ilə gənclər üçün 2 aylıq ödənişsiz SMM təlimi keçiriləcək. Burada ölkənin tanınmış SMM mütəxəssisləri 2 ay ərzində gənc iştirakçılara bu sənətin incəliklərini öyrədəcəklər.
İştirakçılar komanda quruculuğu, brend hekayəsinin yaradılması, SMM biznesi, sosial şəbəkə hesablarının idarə olunması, brendin tanıdılmasının üsul və vasitələri, kontentin hazırlanması, sosial mediada sosial məsuliyyət, KSM layihələri, qrafik dizayn, bank sektorunda ictimaiyyətlə əlaqələr, bank sektorunda rəqəmsal marketinq, vloggerlik, influencer marketinq və s. bu kimi mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Bundan başqa, gənclərin işgüzar çevrəyə daxil olması, kommunikasiya imkanlarının genişlənməsi üçün onların ayrı-ayrı şirkətlərin rəhbər şəxsləri ilə səhər yeməyində görüşləri də təşkil olunacaq.
“#SMM2018 Business Breakfast” təliminin təşkilinə Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə yanaşı, Alliance Assist Group, Media Balans, Winter Park Hotel də dəstək verəcək.
SMM sahəsinə maraq göstərən hər bir gənc bu keçiddən istifadə edərək təlimə qatıla bilər: www.smm2018.asankadr.az
Son müraciət tarixi: 12 avqust 2018-ci il, saat: 23.59
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















