10 gündə 2 milyon dollara yaxın sifariş
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqataladan olan 100-ə yaxın iş adamı ilə görüşü Şəkidə baş tutub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Marja”ya daxil olmuş məlumata görə, Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, fevralın ilk 10 günü ərzində Azexportun ixrac sifarişlərinin həcmi 2 milyon ABŞ dollarına yaxınlaşır. Əsasən Çin, Rusiya, Gürcüstan, Misir, Benin, Belorus, Pakistan, Toqo və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və s. məhsullara sifarişlər gəlir. İcraçı direktor bildirib ki, Azexport təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. V.Qasımlı həmçinin ölkədə aparılan iqtisadi islahatlar barədə sahibkarlara məlumat verərək, xüsusilə ixrac potensialının artırılması istiqamətində yaradılmış şəraitdən geniş istifadənin vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib. Görüşdə iştirak edən 100-ə yaxın sahibkar ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə suallar veriblər.
Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən ilin əvvəlindən 7 milyon dollara yaxın məhsul sifarişi daxil olub. Azexport.az komandasının bölgələrdə sahibkarlarla görüşləri davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 d. əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
57 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
























