Bu ilin ən yaxşı smartfonları məlum olub
“Business Insider” nəşrinin ekspertləri 2018-ci ildə təqdim edilmiş 5 ən yaxşı smartfonun reytinqini tərtib edib. Nəşrin mütəxəssisləri keyfiyyətli kamera, OLED ekran, güclü “Qualcomm Snapdragon 845” prosessoru və 6 giqabaytlıq əməli yaddaşla təchiz edilmiş “OnePlus 6” qurğusunu cari ilin ən yaxşı smartfonu adlandırıb. Bu smartfon “Android”in xüsusi versiyası “Oxygen OS” platformasının idarəetməsi altında işləyir və sürətli enerjidoldurma akkumulyatoruna malikdir.
Ən yaxşı smartfonlar reytinqində ikinci yerdə “Samsung Galaxy Note 9” qurğusu gəlir. Bu smartfon güclü akkumulyator, keyfiyyətli kamera və 6,4 düymlük OLED displeylə təchiz edilib. Həmçinin qurğu 512 giqabaytadək daxili yaddaşa və populyar funksiyalar (barmaq izi skaneri, sifətin tanınması, simsiz enerjidoldurma və sukeçirməzlik) dəstinə malikdir. Bundan başqa, dəstə yenilənmiş “S Pen” stilusu daxildir.
“Samsung” şirkətinin “Galaxy S9” aparatı reytinqdə üçüncü yeri tutub. Qurğu güclü kamera, sürətli enerjidoldurma qurğusu, barmaq izi skaneri, simsiz akkumulyator, ürək ritminə nəzarət edən daxili monitor və böyük OLED ekranla təchiz olunub.
Ekspertlərin fikrincə, reytinqdə dördüncü yeri tutan “LG G7” smartfonu “iPhone X” aparatını xatırladır. Smartfon suya qarşı davamlıdır, keyfiyyətli kamera, əla dinamiklər və “Qualcomm Snapdragon 845” prosessoru ilə təchiz edilib.
“Motorola” şirkətinin 5,7 düymlük displey, sürətli enerjidoldurma qurğusu və yaxşı kamera ilə təchiz edilmiş “Moto G6” smartfonu ilk beşlikdə yer alıb. Bu cihaz yaxşı texnoloji xüsusiyyətlərdən başqa ən ucuz qurğulardan biri hesab olunur.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























