“AzerTelecom” 10 illiyini qeyd edir
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin fəaliyyətə başlamasından 10 il ötür.
2008-ci ildə fəaliyyətə başlamış magistral internet provayder şirkəti ötən 10 il ərzində Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunun ayrılmaz bir hissəsinə çevrilərək korporativ sektorda qabaqcıl telekommunikasiya xidmətləri təqdim edib, ölkənin dayanıqlı və fasiləsiz internet rabitəsi xidməti ilə təminatında mühüm rol oynayıb.
Son 10 ildə şirkətin fəaliyyətində mühüm nailiyyətlər əldə olunub. Belə ki, təsis olunduqdan sonra şirkətin dayanıqlı DWDM texnologiyasına əsaslanan magistral şəbəkəsi istismara hazır vəziyyətə gətirilib, beynəlxlaq magistral xətlər və mübadilə mərkəzlərinə qoşulma həyata keçirilib, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, internetin topdan satışı, beynəlxalq tranzit kimi xidmətlərə start verilib. Daha sonrakı mərhələlərdə korporativ müştərilərə digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edilib, Bakı və regionlarda şirkətin malik olduğu infrastruktur daha da genişlənib. Nəticədə, “AzerTelecom” ölkəmizin İKT sektorunda ən aparıcı şirkətlərdən birinə çevrilib.
“AzerTelecom” şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, hazırda magistral internet provayder şirkəti ölkənin telekommunikasiya sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir. “AzerTelecom öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativlik, qabaqcıl texnologiyaların tətbiqi, dinamik inkişaf və sosial məsuliyyət kimi prinsiplərdən çıxış edir. Biz cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafı naminə müxtəlif layihələrin reallaşmasına, yüksək texnologiyaların, innovasiyaların tətbiqinə, eləcə də korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq cəmiyyətin təhsil şüurunun inkişaf etdirilməsi istiqamətində müxtəlif elm və təhsil yönümlü layihələrin icrasına mühüm diqqət yetiririk və bu istiqamətlərdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. “AzerTelecom” şikrətinin bundan sonrakı dönəmdə də faəliyyətinin ölkəmiz üçün faydalı olacağına inanırıq”- deyə Fuad Allahverdiyev qeyd edib.
Qeyd edək ki, “AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkətin əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir.
“AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasını da əhatə edir.
“AzerTelecom” MMC-nin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb






















