Prezident “Qu quşları” fəvvarə kompleksinin açılışında iştirak edib
Avqustun 28-də Bakı bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
Bakı bulvarındakı “Qu quşları” fəvvarəsi 1960-cı illərdə qurulub. 1960-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi. Bakı dənizkənarı parkı da hamının diqqətini cəlb edən gözəl məkana çevrildi. Azneft dairəsi ərazisində qurulan “Qu quşları” fəvvarəsi də sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanlarından biri kimi tanındı. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə sakinlərin çox xoşuna gəldi və necə deyərlər, paytaxtın “əfsanəvi” məkanına çevrildi.
“Qu quşları” fəvvarəsinin kompozisiyası bir neçə dəfə işlənilib. 1960-cı illərin əvvəlində 7 qu quşundan və hovuzdan ibarət olan kompozisiyaya 1980-ci illərdə yeni çalarlar əlavə edildi. 1990-ci illərin əvvəlində ölkədə hökm sürən xaos və baxımsızlıq səbəbindən bir çox digər ictimai obyektlər kimi, bu ansambl da bərbad vəziyyətə düşdü. 2007-ci ildə dənizkənarı bulvar yenidən qurularkən onun yerində mərmər fəvvarə kompleksi yaradıldı. Lakin tarixi qu quşları ilə məşhurlaşan fəvvarə üçün hər zaman bir nostalji var idi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi və tarixi siması özünə qaytarıldı. Təkcə paytaxt əhalisinin deyil, ölkəmizə gələn çox saylı turistlərin xoşladığı və baş çəkdiyi bu məkan gözəlləşən Bakının görkəminə daha bir xoş ovqat gətirdi. Bu ansamblın yenidən öz tarixi simasını bərpa etməsi nəticəsində bütün dünyada məşhur olan Bakı Bulvarının siması daha da gözəlləşdi.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlər barədə məlumat verib.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər yüksək səviyyədə həyata keçirilib. Vacib məqamlardan biri də odur ki, qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. Fəvvarələr qurularkən işıqlandırmaya xüsusi diqqət yetirilib. İndi bu məkan həm yerli sakinlər, həm də turistlər üçün yeni istirahət yeri olmaqla yanaşı, keçmişdə çox sevilən bulvarın bu hissəsində yaşanan xatirələri də canlandıracaq.
Dövlətimizin başçısı və birinci xanım dənizkənarı milli parkda kiçik Venesiya şəhərciyinin ərazisinə də baxdılar. Burada yeni yer örtüyü salınıb, əlavə ağaclar əkilib, ətraf abadlaşdırılıb.
Bu gün, eyni zamanda, həm Avropa, həm də Şərq arxitektura koloritini özündə birləşdirən Bakı gözəlliyinə görə dünyada diqqət çəkən, turistlərin səyahət üçün seçdiyi şəhərlərdən biridir. Bakının tarixi rəmzlərindən biri olan “Qu quşları” fəvvarələr kompleksinin yenidən ilkin görkəminə qaytarılması paytaxtımızın hüsnünə yaraşıq verməklə yanaşı, ənənələrin yaşadılması, müasir memarlıqda tarixi izlərin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 saat sonra
-
57 d. əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
4 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Ən çox oxunanlar
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu




















