"Özbaşına müalicə, peyvəndləmə, çimizdirilmə yolverilməzdir" - MÜRACİƏT
Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinə müraciət edib.
"Marja" xəbər verir ki, müraciətdə deyilir:
-Son vaxtlar istər müxtəlif baytarlıq sənayesi, istərsə də xarici ölkələrin kimya-əczaçılıq müəssısələri tərəfindən külli miqdarda dərman preparatları istehsal edilməklə aptek şəbəkəsinə buraxılır ki, bunlardan da müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu dərman maddələrinin sayı və adları ildən-ilə artsa da, həmin dərmanlara aid yeni və ən yeni məlumatlar yalnız onun içlik vərəqələrində qeyd olunur.
Hazırda müxtəlif xəstəliklərə qarşı istifadə olunan dərmanların əksəriyyəti düzgün istifadə edilmədikdə və ya tətbiqinə dəqiq əməl edilmədikdə onların arzu olunmayan yüksək toksiki təsirləri qeydə alınır, hətta, heyvanlar arasında kəskin zəhərlənmə, ölüm halları törədir və nəticədə təsərrüfatlara iqtisadi ziyan dəyir.
Bu səbəbdən heyvan sahibləri dərmanlardan istifadə qaydalarına xüsusi diqqət göstərməli, yalnız baytar həkimi tərəfindən yazılmış resept əsasında dərman preparatlarını almalı, preparatlar baytar həkiminin iştirakı və tövsiyəsi altında heyvana tətbiq olunmalıdır. Resept - dərmanların hazırlanması və istifadə edilməsi üçün əsas sənəd olub baytarlıq müəssisələri və ya həkimin aptek, yaxud əczaçıya yazılı müraciətidir.
Resept baytarlıq və təsərrüfat əhəmiyyətinə malikdir, bu səbəbdən resepti tərtib edən baytar həkimi və ya resept üzrə dərman hazırlayan əczaçı ciddi məsuliyyət daşıyırlar.
Son zamanlar respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən onlara məxsus iribuynuzlu heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi nəticəsində heyvanlar arasında zəhərlənmələr və tələfat hallarına təsadüf edilir. Belə hallar vətəndaşların ərazinin baytar mütəxəssislərinə məlumat vermədən özbaşına baytarlıq apteklərindən akarasid və insektsid dərman maddələrini alaraq həmin dərmanın təlimatına əməl etmədən isti havada kortəbii şəkildə heyvanların çimizdirilməsi nəticəsində baş verir.
Məlumat üçün bildiririk ki, “Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2007-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilib.
Qərara uyğun olaraq, ektoparazitlərə qarşı heyvanların çimizdirilməsində istifadə edilən akarasid və insektsid dərman maddələri reseptsiz buraxılır. Lakin həmin preparatın tətbiqi baytar mütəxəssisinin iştirakı və tövsiyəsi ilə həyata keçirilməlidir. Buna baxmayaraq, vətəndaşlar təsərrüfatlarında olan heyvanları çimizdirərkən təlimata əməl etmədən və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər ki, bu da heyvanlar arasında zəhərlənmə və ölüm hallarının baş verməsinə səbəb olur.
Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinin bir daha diqqətinə çatdırır ki, təcrübələri olsa belə, baytarlıq mütəxəssislərinin iştirakı və tövsiyəsi olmadan heyvanlarda özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin, o cümlədən heyvanların çimizdirilməsinin aparılması yolverilməzdir. Bütünlükdə bu tədbirlər baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır. Əgər heyvanlar arasında bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və Dövlət Baytarlıq Xidmətinin 562-76-13 saylı “Qaynar xətt”inə müraciət etsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
4 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
4 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Unibankda yeni təyinat olub
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Ən çox oxunanlar
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib



















