SOCAR “Qazprombank”ın kreditilə Rusiya avadanlıqları alacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Qazprombank” ASC və Rusiya İxrac Mərkəzi Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində gələcək layihələrin effektiv surətdə həyata keçirilməsi məqsədi ilə strateji əməkdaşlıq haqqında razılaşma imzalayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirak etdikləri mərasimdə həmin sənədi “Qazprombank” ASC İdarə Heyətinin sədri Andrey Akimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiya İxrac Mərkəzinin baş direktoru Andrey Slepnyov imzalayıblar.
Razılaşmanın məqsədi SOCAR-ın həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.
Razılaşmaya görə, “Qazprombank” tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində şirkətin həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bundan əlavə, Rusiya İxrac Mərkəzi imzalanmış sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də Rusiya kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir.
“Qazprombank” ASC İdarə Heyətinin sədri Andrey Akimov qeyd etmişdir: “İmzalanmış sənəd Qazprombank Qrupu ilə SOCAR Qrupu arasında əməkdaşlığın uzunmüddətli, strateji və əlverişli xarakter daşıdığını təsdiq edir. Artıq bu gün “Qazprombank” Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatını 700 milyon ABŞ dolları həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır, bu isə Qazprombank Qrupunun maliyyə və texnoloji imkanlarından ən iri sənaye layihələri çərçivəsində necə istifadə olunmasının əla nümunəsidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 26 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
5 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
6 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)






.jpg)







