Azərbaycan ABŞ-a nota verdi
Amerika Birləşmiş Ştatlarının Dan Bilzeryan adlı vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, bu səfər əsnasında odlu silahlardan istifadə etməsi və digər qanunazidd əməlləri ilə əlaqədar ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub.
XİN-dən verilən məlumata görə, görüş əsnasında Dan Bilzeryan adlı birisinin Azərbaycanın Dövlət Sərhədi haqqında Qanunu və Miqrasiya məcəlləsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və ölkəmizin müvafiq qurumları tərəfindən müəyyən edilməyən sərhəd keçid məntəqələrindən kənar Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi, Xankəndi şəhəri və işğal olunmuş digər ərazilərdə olarkən qondarma rejimi təşviq etdiyi, qanunsuz yolla odlu silahlar əldə etdiyi və nümayişkarcasına və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan silahlı qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb.
Həmçinin, ABŞ vətəndaşı olan bu şəxsin kameralar qarşısında tərbiyəsiz və nadan açıqlamalarının Azərbaycan xalqının ləyaqətinə və mənəvi dəyərlərinə toxunduğu diqqətə çatdırılıb və onun bu kimi əməllərinin Azərbaycan və ABŞ arasında olan dostluq əlaqələrinin ruhuna zidd olduğu diqqətə çatdırılıb.
Onun bu kimi qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğu tərəfindən cinayət işinin açıldığı və məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görüldüyü vurğulanıb.
Azərbaycan tərəfdən ABŞ hökumətinin D.Bilzerian adlı birisinin qanunsuz əməlləri ilə əlaqədar ölkəmizin narahatlığını ciddi surətdə nəzərə alacağı, öz vətəndaşlarının Azərbaycanın mili qanunları, suverenliyi və ərazi bütövlüyünün, habelə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarından çəkindirmək üçün zəruri tədbirlər görəcəyinin gözlənildiyi qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























