Azərbaycan neft hasilatının azaldılmasına dair növbəti addımları dəstəkləyəcək
OPEC üzvləri neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi 92%, kartelə üzv olmayan ölkələr isə 50% yerinə yetirir.
Bunu Küveytin neft naziri Əssam əl-Marzuk bildirib.
"Hazırda Vyana razılaşmasının şərtlərinə 100% əməl olunmur. Biz fevralda OPEC-ə üzv olmayan dörd ölkə ilə hasilatın azaldılmasını müzakirə edəcəyik", - deyə o bildirib.
Nazir həmin dörd ölkənin adını çəkməsə də əlavə edib ki, əsas məqsəd razılaşmanın şərtlərinə 100% əməl olunmasıdır.
Azərbaycanın Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva isə bildirib ki, Azərbaycan hazırda neftin hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir: "Vyanada əldə olunan razılaşmanın şərtlərinə əsasən, cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb. Bu razılaşmaya əsasən, yanvar ayında Azərbaycanda sutkalıq neft hasilatı 793,9 min barel təşkil edib. Sözügedən razılaşma əldə olunduqdan sonra dünya birjalarında neftin qiymətində müsbət dinamika müşahidə olunmaqdadır. Hazırda Brent markalı neftin qiyməti 56 dollar ətrafında dəyişir. Ötən ilin analoji ayı ilə müqayisədə cari ilin yanvarında neftin qiyməti 25 dollar artıb və bu amil neft hasilatçılar üçün əlverişlidir. Azərbaycan neftin qiymətini və ümumilikdə bazarı stabilləşdirməyə yönələn istənilən addımı dəstəkləyir. Növbəti görüşdə Azərbaycana hasilatın azaldılması təklif olunarsa, biz bu addımı atmağa hazırıq. Bunu ölkə başçısı İlham Əliyev və energetika naziri Natiq Əliyev də bəyan edib".
Ötən həftənin sonunda Beynəlxalq Enerji Agentliyi (BEA) bəyan edib ki, OPEC-ə üzv olmayan 11 ölkə yanvarda sutkalıq hasilatı 269 min barel azaldıb. Bu isə nəzərdə tutulan planın 48%-ni təşkil edir. Plana əsasən, cari ilin I yarısında OPEC üzvü olmayan ölkələr hasilatı 558 min barel azaltmalıdır.
Neftin hasilatının azaldılması ilə bağlı Vyanada əldə olunan razılaşmaya OPEC-ə üzv olmayan 11 ölkə qoşulub: Azərbaycan, Bəhreyn, Bruney, Ekvatorial Qvineya, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan Respublikası və Cənubi Sudan.
BEA-nın məlumatlarına əsasən, Rusiya yanvarda ötən ilin oktyabr ayının göstəricisindən 60 min barel az neft hasil edib. Halbuki, Rusiya Energetika Nazirliyi bu rəqəmin 117 min barel olduğunu iddia edir.
Bununla yanaşı, yanvarda OPEC üzvləri sutkalıq hasilatı 1 mln. barel azaldaraq 32,06 mln. barelə çatdırıb. BEA-nın ekspertləri hesab edir ki, bununla da hasilatın azaldılmasına dair razılaşma 90% icra olunub.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
- 58 d. əvvəl
-
1 saat əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
2 saat əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Ən çox oxunanlar
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq



















