“Astara Çay-3”ün səhm paketi özəlləşdirildi - QİYMƏT
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində növbəti hərrac keçirilib.
“Marja” xəbər verir ki, bu dəfə hərracda çayın ilkin emalı və satışı sahəsi üzrə fəaliyyət göstərən “Astara Çay-3” Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. Astara rayonu, Pensər kəndində yerləşən səhmdar cəmiyyətinin 30%-lik səhm paketinin satış qiyməti 86 min 217 manat müəyyən olunub.
Müəssisə 1988-ci ildə istifadəyə verilmişdir. 24.11.2000-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin "Astara 3" nömrəli çay fabrikinin bazasında “Astara çay-3” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
Özəlləşdirilmə portalında yerləşdirilmiş məlumat:
Müəssisənin fəaliyyət sahəsi çayın ilkin emalı və satışıdır.
Nizamnamə kapitalı: 573954,00 manat
Buraxılmış səhmlərin sayı: 286977 ədəd
Səhmlərin növü: adi, sənədsiz adlı
Əvvəl satılmış səhm zərfinin həcmi: 200760 ədəd (69.96%)
Hazırda satılmış səhm zərfinin həcmi: 86217 ədəd (30.04%)
Hazırda satılan səhm zərfinin nominal dəyəri (50% güzəştlə): 86217.00 manat
Dövlət tərəfindən səhmlərə qoyulmuş məhdudiyyətlər (varsa): hər hansı məhdudiyyət yoxdur.
Müəssisənin ünvanı: Astara rayonu, Pensər kəndi
Müəssisənin torpaq sahəsi: 27154.0 kv.m.
Müəssisənin tikilialtı sahəsi: 10335.9 kv.m.
İstehsalat və emal sexi, İnzibati bina, talvar, gözətçi otağı, tərəzi, su anbarı və s
Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, D/y stansiyası, su limanı) olan məsafə: Bakı-Astara yoluna – 2 km. Astara rayon, Qamışovka stansiyasına 5 km məsafədə, Astara-İran Gömrük məntəqəsinə 25 km məsafədə yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 28 d. əvvəl
-
37 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
40 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir























