"MusicGallery": Metroya daha yaxın ərazidə yeni mağazamız açılacaq
Azərbaycanın məşhur mağazalar şəbəkəsi olan "MusicGallery"nin Əhmədlidəki (Məhəmməd Hadi 27) filialı bağlanıb. Paralel olaraq şirkətin "28 Mall" ticarət mərkəzindəki mağazasının sahəsi də təqribən 2 dəfə kiçilib.
Şirkətin meneceri Ruslan Hüseynov bildirib ki, mağazanın bağlanması metroya daha yaxın ərazidə yeni mağazanın açılması planı ilə bağlıdır.
Şirkətdə həmin mağazanın təqribən 2-3 həftəyə açılacağını bildirirlər.
"MusicGallery"nin "28 Mall"dakı mağazasının kiçilməsinin səbəbkarı isə şəhərin digər iri ticarət şəbəkəsi olan "Bravo"dur. "MusicGallery"dən bildirilib ki, ticarət mərkəzində "Bazar store"ni əvəzləyən "Bravo" sahəsini genişləndirmək üçün "MusicGallery"nin də sahəsinin bir hissəsini istəyib: "Onlar artıq ticarət mərkəzinin rəhbərliyi ilə danışmışdılar və biz də sahənin bir hissəsini verdik".
Qeyd edək ki, 1993-cü ildən fəaliyət göstərən "MusicGallery" məişət texnikası və elektronika məhullarının satışı ilə məşğuldur. Bir neçə il əvvəl sektorun liderlərindən olan şirkət son illər yeni rəqiblərin yaranması nəticəsində böyük rəqabətlə üzləşib və satışları azalmağa başlayıb. Şirkətin özündə də satışların zəif olduğu bildirilir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 21 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı












.jpg)








