Ötən il dolların orta günlük məzənnəsi 1,6 manat təşkil edib
Valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq 2016-cı ildə manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında deyilir.
İcmalda deyilir ki, 2015-ci ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,5594 manat səviyyəsində olubsa, 11.03.16 tarixində özünün dövr üzrə maksimum həddinə - 1,6456 manata qalxıb, 25.05.16 tarixində isə minimum həddinə - 1,4900 manata enib.
"İyun-avqust aylarında bahalaşan ABŞ dolları sentyabr ayında ucuzlaşmağa başlayıb, oktyabrın sonundan isə yenidən bahalaşma meylinə malik olub. 2016-cı ilin əvvəlindən manata nəzərən ABŞ dolları 13,6% bahalaşıb. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,5965 manat təşkil edib", - deyə sənəddə bildirilir.
Qeyd edilib ki, dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib: "Hesabat ilində manatla yanaşı bir sıra digər ölkələrin, o cümlədən Azərbaycanın ticarət partnyoru olan ölkələrin milli valyutalarının ucuzlaşması davam edib. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 19,8% ucuzlaşıb. Ucuzlaşma əsasən nominal effektiv məzənnənin 27,5% ucuzlaşması hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşma meyli idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən amildir".
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















