Bank məsələləri üzrə 52 cinayət işi
"2016-cı il Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb və çətin illərdən biri olub, xüsusilə bank sisteminin fəaliyyəti vətəndaşları daha çox narahat edib və Prezident Administrasiyasına bank əməliyyatları, kreditlərin verilməsi mövzusunda müraciətlər çox olub".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
Onun sözlərinə görə, müvafiq qurumlar tərəfindən araşdırılan bu müraciətlərlə əlaqədar lazımi tədbirlər görülüb və görülməkdədir: "Təkcə bank məsələləri üzrə Baş Prokurorluq tərəfindən 52 cinayət işi araşdırılaraq baxılmaq üçün məhkəmələrə göndərilib. Belə hallara bəzi sığorta şirkətlərində də yol verilib və onlar müvafiq məsuliyyətə cəlb ediliblər. Hazırda bank sisteminin sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılır və bu sahədə ciddi dönüş yaradılacağı şübhə doğurmur".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında bank sektorunun fəaliyyəti haqqında danışarkən deyib ki, Azərbaycan iqtisadiyyatına ən böyük zərbə vuran bank sektoru olub: "Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























