Azərbaycanın nəhəng bankı 319 milyon manat mənfəət açıqladı
Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin 9 ayı üzrə fəaliyyət göstəricilərini açıqlayıb.
Bankdan "Marja"hya daxil olmuş məlumata görə, 30 sentyabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8.32 milyard manat, balans kapitalı – 1.28 milyard manat təşkil edib.
Bu dövrdə bankın kredit portfeli 1.7 milyard manat, fiziki şəxslərin bankdakı depozitlərinin həcmi 1.22 milyard manat olub. Cari ilin ötən dövrü ərzində bank tərəfindən real sektora 200 milyon manata yaxın həcmdə kredit və qarantiyalar verilib.
Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması Azərbaycan Beynəlxalq Bankının mənfəətinə də müsbət təsir göstərib. Bank ilin 9 ayını 319 milyon manat mənfəətlə başa vurub. Bu dövrdə bankın faiz gəlirləri – 308 milyon manat təşkil edib. Bankın əməliyyat gəlirləri 87 milyon manat olmaqla qeyri-faiz xərclərini tam qarşılayıb.
Azərbaycan Beynəlxalq Bankı maliyyə bazarında bir sıra yeni layihələrin icrasına başlayıb. İri korporativ müştərilər, kiçik və orta sahibkarlıq subyektləri, fiziki şəxslər də daxil olmaqla müxtəlif müştəri seqmentlərini əhatə edən bu layihələr bankın əsas bazar mövqelərini gücləndirməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
-
32 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
53 d. əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib















.jpg)





