“Bank BTB” hüquq xidməti alanlara pulsuz bank kartı hədiyyə edir!
“Bank BTB” və “Avropa Hüquq Xidməti” yeni kampaniyaya start verib.
“Bank BTB”də “Hüquq24” xidmətini əldə edən hər müştəriyə bankdan plastik kart hədiyyə olunacaq. Əldə olunan bank kartları vasitəsilə nağd pul vəsaitlərini daha rahat və təhlükəsiz şəkildə saxlamaq mümkündür. Həmçinin, müştərilər plastik kartlarla dünyanın istənilən nöqtəsində vəsaitlərini nağdlaşdıra, POS-terminal vasitəsilə nağdsız əməliyyatlar, internet üzərindən isə onlayn ödənişlər həyata keçirə bilərlər.
Xatırladaq ki, “Hüquq24” müxtəlif kateqoriyalar üzrə müştərilərinə məhdudiyyətsiz şifahi hüquqi məsləhət, sənədlərin hüquqi ekspertizası, müqavilələrin hazırlanması üzrə təlimat və bu kimi digər hüquqi xidmətlər təklif edir. “Pensiyaçı”, “Yaşayış”, “Avtosürücü”, “Mənim hüququm”, “Layt+”, “Standard”, “Ailə” və “Biznes” kateqoriyaları üzrə 1 illik hüquqi xidmət tarifi 30 manatdan 125 manatadək dəyişir. “Bank BTB”dən xidməti əldə edən müştəriyə kateqoriyadan asılı olaraq 1, 2 və ya 3 plastik kart hədiyyə olunur.
Qeyd edək ki, müştərilər həm hüquq xidmətlərini, həm də hədiyyə olunan bank kartlarını “Bank BTB”nin istənilən xidmət nöqtəsindən əldə edə bilərlər. Bankın xidmət nöqtələri ilə https://www.btb.az/az/officees linkindən tanış omaq mümkündür.
Bank xidmətləri haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 38 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
1 saat əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Fevralın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır






























