Banka Anderrayter / Korporativ biznes üzrə mütəxəssis tələb olunur
Bank VTB (Azərbaycan) ASC Anderrayter / Korporativ biznes vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
-Bankda, investisiya şirkətində, reytinq agentliyində və ya digər maliyyə strukturlarında analitik qismində iş təcrübəsi;
-Korporativ borcluların maliyyə-təsərrüfat fəaliyyətinin ətraflı təhlilini aparmaq, maliyyə hesabatlığının təhlili (mühasibat uçotunun əsas hesabatlarının təyini – balans; maliyyə nəticələri haqqında hesabat; pul vəsaitlərinin hərəkəti haqqında hesabat);
-CASH FLOW, P&L, borc portfelinin, biznes planının, kreditin girovunun təhlilini bacarmaq;
-Əqdləri müstəqil strukturlaşdırmaq, edilmiş təhlillər əsasında tövsiyə və proqnozlar tərtib etmək bacarığı, təhlilinin nəticələrinin yazılı formada savadlı ifadəsi;
-Təcrübəli PK istifadəçisi (MS Office paketi, Power Point-də təqdimatlar hazırlamaq bacarığı, MS Excel-in etibarlı istifadəçisi);
-Analitik qabiliyyət, təfəkkürün sistemliliyi, əla kommunikasiya qabiliyyəti.
Öhdəliklər:
-Kreditləşmə üzrə səmərəli təkliflərin hazırlanması, korporativ müştərilərin kredit qabiliyyətinin və korporativ borcalanların kreditləşdirilməsi zamanı meydana çıxan risklərin qiymətləndirilməsi;
-Qərar qəbulu üçün məsələlər korporativ kredit komitəsinə çıxarılarkən kredit əqdlərinin strukturlaşdırılması, müvafiq rəylərin hazırlanması;
-Korporativ müştərilər üzrə kredit dosyelərinin formalaşdırılması və aparılması.
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)










.jpg)


