Antalyada "Azərbaycan soğanı" razılaşması
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Səhmdar Cəmiyyətin nümayəndə heyəti oktyabrın 17-21 tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş "InterFresh-2018" kənd təsərrüfatı sərgisində iştirak edib.
ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, 25 ölkənin yaş və quru meyvə-tərəvəz istehsalçıları, kənd təsərrüfatı məhsullarının tədarükü, logistikası, təchizatı sahəsində fəaliyyət göstərən şirkətlərin qatıldığı sərgidə nümayəndə heyətinə İdarə Heyətinin sədri Əbülfət Qocayev rəhbərlik edib.
Nümayəndə heyəti sərgidə qabaqcıl şirkətlərlə işgüzar görüşlər keçirib, Azərbaycan məhsullarının xarici ölkə bazarlarına ixracı imkanlarını araşdırıb və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Sərgi çərçivəsində Rumıniyanın “S.C. Contec Food S.R.L” şirkəti ilə görüş keçirilib. Aparılmış müzakirədə 100 ton soğanın Rumıniyaya ixrac olunması barədə razılıq əldə olunub. Bundan başqa, adıçəkilən şirkət üçün Azərbaycanda istehsal olunan sarımsaq, bibər və digər məhsullar haqqında geniş məlumat təqdim olunub və nəticədə bir sıra məhsulların da ixracı haqqında ilkin razılığa gəlinib.
Qeyd edək ki, “S.C. Contec Food S.R.L” şirkəti 1952-ci ildə təsis edilib və Rumıniyada ən böyük konserv məhsulları istehsalçılarından biridir. 400 nəfərdən artıq işçisi olan şirkət 150 çeşiddə məhsul istehsal edir və “Tip”, “Rio”, “Bucovina Grande Familia”, “Master Fresh”, “Giani”, “Golden Line” kimi markalar adı altında dünya bazarlarına çıxarır.
İdarə Heyətinin sədri Ə.Qocayev tərəfindən İtaliyanın “Advisor” şirkətinin rəhbəri Marco Carena ilə də görüş keçirilmiş və Azərbaycanda yetişdirilən nar məhsulunun italiyan şirkəti vasitəsi ilə Avropa bazarlarına çıxarılaraq satışının təmin olunması qərara alınıb.
Müzakirədə Ə.Qocayev Azərbaycanda xarici investorlara dövlət səviyyəsində yaradılmış şərait haqqında geniş məlumat verib, dövlət səviyyəsində həyata keçirilən işlər xarici tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycandakı investisiya mühitini yüksək qiymətləndirən şirkət nümayəndələri yaxın günlərdə yenidən görüş keçirilməsini təklif ediblər.
Sərgidə iştirak edən digər italiyan şirkəti “LS Fruit” da Səhmdar Cəmiyyətin nümayəndələri ilə görüş keçirib. Avropanın bir neçə ölkəsində filialı olan şirkət nümayəndələri Bolqarıstanda yerləşən filialı üçün soğan və sarımsaq məhsulları almaq fikrində olduqlarını bildiriblər. Hazırda bu məsələ ilə bağlı işçi qrupu səviyyəsində danışıqlar davam etdirilir.
Sərgi çərçivəsində “Egemas”,”Kapari”,”Neva Fresh”, “Pobeda”, “Food Logistics”, “Plasteks”, “Octohumi”,”Cantek Group”,”Başak”, “Bayandırlar”, “Gener”, “Tekasya”, “Özlertarım”, “Agrodrip”, “Sorma”, “Finkum” “Europe”,”Netafim”, “Sunstream”,”Realife”,”Gencgüçsan”, “Mey-Pak” və digər şirkətlərlə işgüzar görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq qurulması istiqamətində müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















