"Amazon"un xalis mənfəəti 10 dəfədən çox artıb
Dünyanın ən böyük onlayn alış-veriş platforması olan "Amazon"un cari ilin üçüncü rübündə xalis mənfəəti, 10 dəfədən çox artımla 2.88 milyard dollara yüksəlib.
"Marja" xəbər verir ki, "Amazon", üçüncü rübdə xalis mənfəətini ötən ilin eyni dövründəki 256 milyon dollardan 2.88 milyard dollara yüksəldib. Şirkətin bir səhminə düşən xalis mənfəəti həmin dövrdə 52 cent səviyyəsindən 5.75 dollara yüksəlib. Bazar analitikləri, "Amazon"un üçüncü rüb üzrə bir səhmə 3.14 dollar xalis mənfəət açıqlayacağını gözləyirdi.
Şirkətin üçüncü rüb xalis mənfəəti "Wall Street" analitiklərinin gözləntilərini aşsa da, dövriyyəsi proqnozlardan aşağı olub. Bu dövrdə şirkətin dövriyyəsi 56.6 milyard dollar təşkil edib. Bu, 57.10 milyard dollarlıq proqnozdan aşağıdır.
"Minnətdarlıq günü"ndən Yeni ilə qədər keçən tətil mövsümünü əhatə edən dördüncü rüb üçün "Amazon"un satış gözləntisi də, analitiklərin 73.9 milyard dollarlıq gözləntilərinə baxmayaraq, 72.5 milyard dollar olaraq açıqlanıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü


























