Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (Fed) faiz dərəcəsini 25 punkt artıraraq 0.25% - 0.50% səviyyəsindən 0.50%- 0.75% səviyyəsinə qaldırdı. Fed gələn il 3 dəfə faiz artırımı gözləyir.
23:40
ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, faiz qərarından sonra keçirdiyi mətbuat konfransında açıqlamalar verib.
Yellen, inflyasiyanın bir neçə il ərzində 2 faiz hədəfinə çatmasını gözlədiyini deyib.
Yellenin çıxışında qarşıya çıxan məqamlar belədir;
-Fed iqtisadiyyatda yaxşılaşma olduğunu görür,
- İnflyasiya 2%-ə doğru hərəkətə gəlib,
- Dekabr və sentyabr proyeksiyaları Sentyabr proqnozlarına çox bənzərdir,
- İqtisadiyyat yalnız mərhələli faiz artımlarına təminat verir,
- İqtisadi mənzərə olduqca çox qeyri-müəyyəndir,
-Maliyyə siyasətlərindəki dəyişikliklər iqtisadi mənzərəni dəyişə bilər,
-Pul siyasəti əvvəlcədən müəyyən edilmiş bir yol ilə aparılmır,
-Faiz artırımı iqtisadiyyatdakı yaxşılaşmaya dair inamın göstəricisidir,
-Faiz artırımı ABŞ iqtisadiyyatına etimad səsi xarakterindədir,
-Fed ABŞ iqtisadiyyatının dinamizminin güclü olduğu fikirindədir,.
-Siyasət mülayim ölçüdə ekspansionist qalmaqda davam edəcək.
XXX
23:30 Fed-in faizi 0,25 bəndə artırmasından sonra Dollar bahalaşmağa, neft və qızıl isə ucuzlaşmağa başlayıb.
“Marja” xəbər verir ki, Bakı vaxtı ilə saat 23:25-ə olan məlumata görə, Dollar Avro qarşısında 0,7% bahalaşıb, Avro/Dollar məzənnəsi 1.0558 səviyyəsinə gəlib.
Qızıl 0,8% ucuzlaşaraq unsiyası 1149 dollara düşüb.
Brent nefti isə 3,2%-dən çox ucuzlaşaraq bareli 53,96 dolara düşüb.
Rusiya Rublu isə 2% ucuzlaşlb. USD/RUB məzənnəsi 62 səviyyəsinə yaxınlaşıb.
Türk lirəsi isə dollar qarısında təxminən 1% dəyərdən düşərək 3.5246 səviyyəsinə çıxıb.
XXX
23:15 Fedin qərar orqanı Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən iclası başa çatıb.
İclasda, Fed rəsmiləri, göstərici faiz olan federal fond nisbətini 25 punkt artıraraq 0.25%- 0.50%-dən 0.50%- 0.75% qaldırdı.
Fed rəsmilərinin proqnozlarından yaranan qrafikə əsasən isə, 2017-ci ildə 3 dəfə faiz artırımı nəzərdə tutulur.
Fed rəsmiləri, bugünkü iclasda, inflyasiya gözləntilərinin artdığını qeyd edərək və məşğulluq bazarının gücləndiyinə işarə edərək, bu il ilk dəfə faiz qaldırıb və 2017-ci il üçün faizlərin artırılmasına dair proqnozunu artırıb.
Fed 2017-ci ilin sonuna faizin yuxarı səviyyəsi hədəfini 1.25%-dən 1.40%-ə qaldırıb.
23:00 XXX
Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) uçot dərəcəsini gözənildiyi kimi 0,25 faiz bəndi artıraraq 0,25% - 0,50% aralığından 0,50%- 0,75% aralığına qaldırdı.
Fed 2017-də 3 dəfə faiz artırımı gözləyir.
Fedin faiz qərarından sonra Dollar bahalaşır. Avro/dollar məzənəsi yenidən 1.05 səviyyəsinə düşüb.
İndi diqqətlər Fed sədri Janet Yellenin Bakı vaxtı ilə saat 23:30-da başlayacaq mətbuat konfransına çevrilib. Əsas məsələ Fed-in 2017-ci ildə neçə dəfə faiz artıracağıdır. Qlobal bazarlar bu baxımdan Janet Yellenə diqqətlə qulaq asacaqlar.
Qeyd edək ki, Fedin faiz artıracağına 100% ehtimal verilirdi. Bu səbəbdən dollar güclənməkdə idi. Əgər Fed gələn il faiz artırmaqda daha sürətli davam edərsə Dollar da bahalaşmaqda davam edə bilər.
AZƏRBAYCANA TƏSİRİ
İqrtisadçı Vüqar Bayramov bildirib ki, Fed-in uçot dərəcəsini artırması ilə manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollar tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial senarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər.
GÖZLƏMƏYİ ÜSTÜN TUTMUŞDU
Fed 2016-ci ildə, əvvəl Çin bazarlarındakı qeyri-sabitlik, daha sonra İngiltərənin Brexit şoku və ABŞ-da Donald Trump-ın sürpriz bir şəkildə prezident seçilməsilə əlaqədar olaraq gözləməyi üstün tutmuş və faiz artımlarını təxirə salmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
9 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
10 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!























