“Çiçklər soyuğa düşüb, məhsul az olacaq”
Bu il havaların hər il olduğundan soyuq olması pomidorun məhsuldarlığının aşağı düşməsinə və məhsulun gec yetişməsinə səbəb olub.
“Marja” xəbər verir ki, Şəmkirdə istixana sahibi Qabil Məmmədov, “hava bu il soyuq olduğundan məhsuldarlıq aşağıdır və məhsulun yetişməsi gecikir. Dekabr ayının əvvəli əkilən şitillərdən Fevral ayının sonunda məhsul yığılmalı idi, indi isə Martın 15-20-nə yığılacaqdır. Məhsuldarlıq da az olacaq. Bir kol 7 kilo pomidor verməlidir, amma 5 kilo verəcəyini gözləyirik. Çiçklər soyuğa düşdü, buna görə məhsul az olacaq”, - deyə bildirib.
Təsərrüfat sahibi qeyd edib ki, Şəmkir pomidorunun bazarı əsasən Rusiyadır. Yaxşı mallar Rusiyaya gedir:
“Rusiyaya məhsul göndərən ixracatçılara bir yeşik pomidoru 50-60 manatdan satırıq. Bir kilosu 2.50 - 3 manata düşür. Dollar qalxanda Rusiyada pomdor satışından yaxşı gəlir götürürlər və bizə də yaxşı qiymət verirlər. Dollar düşəndə isə alış qiyməti də aşağı enir. Yerli bazarda satış üçün alış qiyməti isə əsasən dəyişməzdir”.
Əlavə edək ki, Bakıda yaxşı pomidorun pərakəndə satış qiyməti 3-4 manat arasında dəyişir.
Qeyd edək k, 2016-cı ildə Azərbaycandan 94,2 milyon dollarlıq pomidor ixrac olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























