"Azərbaycanda avtomobil şinlərinin istehsalında maraqlıyıq"
Çində səfərdə olan İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu ilə görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində önəmini vurğulayıb. Qeyd olunub ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, o cümlədən nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsinə müsbət töhfəsini verir. Azərbaycan Çinin “Kəmər - yol” strategiyasını dəstəkləyir.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış Anlaşma Memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir. Çinin “Kəmər və yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır” – deyə nazir Şahin Mustafayev vurğulayıb.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
İqtisadiyyat naziri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verib, iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin koordinasiyası üçün İşçi Qrupun yaradılmasını təklif edib. Qeyd olunub ki, Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı Çin, Türkiyə, Qazaxıstan və Gürcüstanın iştirakı ilə tədbir keçirilə bilər.
Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını vurğulayıb, "Kəmər və yol" strategiyası çərçivəsində ölkəmizlə əlaqələrin genişləndiyini qeyd edib. Bu ilin əvvəlində Azərbaycanın Pekində və Sianda Transxəzər nəqliyyat dəhlizinin uğurlu təqdimatını xatırladan Lu Donqfu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüb, nəqliyyat sahəsində əlaqələrin koordinasiyası məqsədilə İşçi Qrupun yaradılması barədə təklifi razılıqla qarşılayıb.
Görüşdə Azərbaycan tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı və digər şəxslər iştirak ediblər.
İqtisadiyyat naziri Şahin Mustafayevin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə görüşündə şirkətin ölkəmizdə fəaliyyətinə və əməkdaşlığn inkişafı imkanlarına dair fikir mübadiləsi aparılıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini qeyd edən nazir Şahin Mustafayev CNEEC-in də Azərbaycanda iş təcrübəsinin olduğunu və şirkətin müxtəlif layihələrin icrasında iştirak etdiyini, Azərbaycanın CNEEC-lə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
CNEEC-in vitse-prezidenti Cenq Çenqçün şirkətin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib və ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayıb, CNEEC-in Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 1 saat əvvəl
-
2 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
2 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
3 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
3 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
3 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















