Türkiyə bankı Gəncədə filialını açır
“Ziraat Bank Azərbaycan” Gəncə filialının açılışına hazırlaşır.
Yeni filial Gəncənin Həsən bəy Zərdabi küçəsi 1 ünvanında yerləşir. Hələlik bank bu barədə ictimaiyyəti məlumatlandırmayıb. Yəqin ki, yaxın günlərdə bankın rəhbərliyi tərəfindən açılışla bağlı mətbuata məlumat veriləcək.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Qeyd edək ki, bir müddət əvvəl bu ünvanda “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Gəncə filialı fəaliyyət göstərib və filial öz fəaliyyətini 2017-ci ilin may ayınadək davam etdirib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının müvafiq qərarına əsasən, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “Gəncə” filialına verilmiş icazə ləğv edilib. Filialın bağlanmasına əsas səbəb kimi “Yapı Kredi Bank Azərbaycan” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.
“Ziraat Bank Azərbaycan” 30 dekabr 2014-cü ildən fəaliyyətə başlayıb. Bank üç səhmdardan ibarət olmaqla ASC formasında təsis edilib. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























