“AzerGold” qızıl hasilatını artırıb
“AzerGold” QSC tərəfindən əməliyyat proseslərində optimallaşdırma tədbirləri sayəsində qızıl hasilatında əhəmiyyətli artım qeydə alınıb.
QSC-dən “Marja”ya daxil olmuş məlumata görə, 2018-ci ilin ilk on ayı ərzində hasilat ötən ilki göstəriciləri üstələyərək 36 632 unsiya təşkil edib. Ümumilikdə 2018-ci il üzrə “AzerGold” QSC 45 min unsiya qızıl hasil etməyi planlaşdırır ki, bu da ötən ilin analoji göstəricilərindən 33% çoxdur. Hazırda hasilat işləri plana uyğun davam etdirilir.
Şirkətin məlumında qeyd edilib ki, istismar olunan mədənlərin ehtiyatlarının artırılması və yeni yataqların istismara cəlb edilməsi məqsədi ilə genişmiqyaslı geoloji-kəşfiyyat işləri həyata keçirilir.
Bu il Daşkəsən rayonunda yərləşən Çovdar yatağının sulfid filizlərinin ehtiyatlarını artırmaq məqsədi ilə ümumi dərinliyi 6 min metr təşkil edən 32 kəşfiyyat quyusunun qazılması tamamlanıb. Kəşfiyyat işləri çərçivəsində toplanmış məlumatlar beynəlxalq məsləhətçi şirkət olan “Micon International” tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında istifadə olunacaq.
“AzerGold” QSC-nin geoloqları tərəfindən bu il aşkarlanan Ağyoxuş potensial perspektivli məxsusi qızıl sahəsindən alınmış müsbət nəticələr əsasında iyun ayından etibarən yoxlama–qiymətləndirmə xarakterli buruq-qazma işlərinə başlanılıb.
Çovdar yatağının uzaq cinahları olan Narçala-Ağyoxuş ərazisində hazırda geofiziki işlər aparılır. Göy-göl rayonunun Kəpəz sahəsində yerüstü geofiziki tədqiqatlar növbəti ildə icra ediləcək.
Qızıla perspektivli Göygöl rayonu ərazisində yerləşən Tülallar sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə buruq-qazma işlərinin başlanması üçün müqavilə imzalanıb və artıq buruq-qazma işləri aparılır.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində də iyul ayından etibarən intensiv buruq-qazma işləri aparılır.
Balakən rayonu ərazisində yerləşən və əlvan metal ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna hazır ediləcək. Hazırda Balakən rayonu ərazisində yerləşən satelit Mazımçay, Katsdağ və digər yataqların Filizçay layihəsi çərçivəsində birgə işlənməsi perspektivləri nəzərdən keçirilir.
İstismarına başlanılacaq yeni yataqların hesabına hasilatın yaxın illərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. İlkin hesablamalara əsasən təkcə Filizçay və Çovdar yatağının oksid və sulfid fazalarının istismarından ölkə iqtisadiyyatı 10 milyard manatdan artıq gəlir əldə edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)





.jpg)







