Bakı və Abşeron yarımadasında ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq"
"Bu il keçirilən sərgidə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, plastik və polietilen tullantıların utilizasiyası, təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz məhsullar, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və s. mövzularda yeni texnologiyaların və təcrübələrin nümayiş etdirilməsi nəzərdə tutulub".
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Caspian Ecology 2018" 9-cu Beynəlxalq Ətraf Mühit Sərgisində çıxışı zamanı deyib.
O bildirib ki, sərgidə 10-a yaxın ölkədən, o cümlədən Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Türkiyədən olan 43 şirkət öz məhsul və təcrübələrini nümayiş etdirəcək: "Çox fərəhləndirici haldır ki, ölkəmizdə ətraf mühit mövzusuna həsr olunan sərgilərin keçirilməsi artıq ənənəyə çevrilib, bu sərgilər beynəlxalq şirkətlərin maraq dairəsinə daxil olub. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir".
Nazir deyib ki, sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq əlaqələri qurmaq və təcrübə mübadiləsi aparmaqdır. M.Babayev vurğulayıb ki, ekologiya mövzusuna həsr olunan sərgilərin keçirilməsi ətraf mühitə dost texnologiyaların nümayiş etdirilməsi ilə yanaşı, əhalinin ekoloji maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirin sözlərinə görə, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: "Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilib. XX əsrdə isə ilk dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil olunub. Lakin inkişaf, təəssüf ki, özü ilə bərabər problemlər də gətirir. Sirr deyil ki, əsas ekoloji problemlər keçmişdən miras qalıb. Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir və ekoloji problemlərin həllinə müstəqil şəkildə müəyyənləşdirdiyi strategiya ilə yanaşır. Hazırda çirklənən ərazilərin bərpası, tullantıların idarə olunması, təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsi, yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirilir. Biz şübhə etmirik ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar".
M.Babayev qeyd edib ki, sərgi çərçivəsində ilk dəfə olaraq beynəlxalq elmi konfranslar keçiriləcək: "Noyabrın 15-dəə keçiriləcək “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda regional elmi konfransın məqsədi Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması, qeyri-qanuni balıq ovunun mənfi təsirləri, akvakulturanın inkişaf prioritetləri və imkanları mövzuları ətrafında fikir mübadiləsi aparmaq və problemlərdən çıxış yollarının müzakirəsindən ibarətdir".
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
5 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
7 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
8 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
8 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
8 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
9 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)


.jpg)












.jpg)



