30 milyard manata yaxın pul xərcləmişik
 
 2018-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 29,5 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələmişdir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
| Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2017-ci ilin yanvar- oktyabr aylarına nisbətən, faizlə | 
| Pərakəndə ticarət dövriyyəsi | 29 473,5 | 102,6 | 
| o cümlədən: | ||
| ərzaq məhsulları | 13 514,9 | 102,3 | 
| içkilər və tütün məmulatları | 1 265,5 | 100,5 | 
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 413,6 | 103,3 | 
| elektrik malları və mebellər | 1 835,5 | 102,6 | 
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 213,6 | 102,0 | 
| əczaçılıq və tibbi mallar | 394,5 | 102,2 | 
| avtomobil yanacağı | 1 700,3 | 101,9 | 
| digər qeyri-ərzaq məhsulları | 5 135,6 | 103,7 | 
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 17,0 faizi ticarət müəssisələri, 50,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,1 faiz artmış, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda 4,4 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     17 d. əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
- 
                           
- 
                     39 d. əvvəl
                    Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib 
- 
                     48 d. əvvəl
                    Dövlət Neft Fondunun müavini Çin şirkətinin sədrilə görüşüb, razılığa gəlinib 
- 
                     1 saat əvvəl
                    Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib 
- 
                     1 saat əvvəl
                    Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonunadək tamamlanacaq 
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 
                     2 saat əvvəl
                    Ötən il ixracı sıfır səviyyədə olan 3 şirkət bu il ilk 10-luğa daxil olub 
- 2 saat əvvəl
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Dövlət şirkəti 1 qramlıq qızıl külçələri satışa çıxardı
Ən çox oxunanlar
 
                                Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
 
                                Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi
 
                                Türkiyə turizmdə rekord gəlir əldə edib
 
                                İsrafil Məmmədov "Mubadala" ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib
 
                                Noyabrın 1-də gözlənilən hava şəraiti
 
                                İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
 
                                Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub - Qeyri-neft sektoru ixracı ilə bağlı yeni rəqəmlər
 
                                

 
                         
                    






 
                             
                             
                            




.jpg)

 
                                     
                                     
                                     
                                     
                                    



.jpg)
