Əmlakların təkrar qeydiyyatında mühüm yenilik
Onlayn qaydada ərazi ofislərinə ötürülən alqı-satqı müqaviləsi çıxarış almaq üçün müraciət hesab olunur
Təkrar bazarda daşınmaz əmlakın yeni sahibinin adına çıxarışın alınması proseduru xeyli sadələşib. Vətəndaşlar əmlaklarını, o cümlədən torpaq sahələrini, fərdi evlərini təkrar bazarda qeydiyyata almaq üçün əlavə ünvanlara müraciət etməyəcək.
Yeniliyin tətbiqi daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsindəki prosedurları tam olaraq elektronlaşdırıb. Belə ki, daşınmaz əmlak və torpaq mülkiyyətçiləri təkrar bazarda alqı-satqı prosesini onlayn rejimdə rəsmiləşdirə bilirlər. Artıq notariuslarda bağlanan müqavilələri Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyə ehtiyac qalmır. Notariuslarda alqı-satqı əməliyyatı aparılarkən əmlakın yüklülüyünə dair məlumat 10-15 saniyə ərzində onlayn rejimdə əldə edilir. Daha sonra alqı-satqı prosesi aparılaraq müqavilə imzalanır. Müqavilə elektron şəkildə reyestr xidmətinin yerli ərazi ofislərinə ötürülür. Belə müqavilə isə yeni mülkiyyətçinin adına çıxarış verilməsi üçün ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Qeydiyyat orqanı da bu müqavilə əsasında daşınmaz əmlakın və torpağın yeni sahibinin adına çıxarış tərtib edir. Yalnız bu halda vətəndaş hazır çıxarışını almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə yaxınlaşır. Çıxarışlar vətəndaşın istəyindən asılı olaraq 1,3 və 7 iş günü ərzində tezləşdirilmə qaydası ilə verilə bilər. Həmçinin bu mülkiyyət sənədi “Elekron çıxarış” formasında da qeydiyyata alınır.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Artıq elektron çıxarışı almaq istəyən vətəndaşlar isə ümumiyyətlə alqı-satqı prosesindən sonra çıxarış almaq üçün heç bir ünvana müraciət etmir. Belə ki, çıxarış yeni sahibin “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır. Bununla da elektron çıxarışın tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Sistemin istifadəyə verilməsi proseduru olduqca sadələşdirərək təkrar qeydiyyatın optimallığını və çevikliyini artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























