Tanınmış şirkətdə İnsan Resursları Departamentinin direktoru vakansiyası
“Mətanət A” şirkəti İnsan Resursları Departamentinin direktoru vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
-Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;
-Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
-Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;
-Ehtiyat kadr bazasının yaradılması;
-Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
-Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
-İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
-Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
-Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
-Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;
-Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata keçirilməsi.
Tələblər:
-Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır)
-İş təcrübəsi: İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il təcrübəsinin olması
-Yaş həddi: 30-45
-Dil bilikləri: (azərbaycan, ingilis, rus - əla səviyyədə)
-Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook
Şəxsi keyfiyyətlər
-Liderlik xüsusiyyətləri
-Analitik düşüncə
-Ünsiyyət yaratmaq bacarığı
-İşə planlı yanaşma
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək
-İstirahət: Şənbə və bazar günü
Əmək haqqı:
-Razılaşma yolu ilə
Tələblərə uyğun gələnlər və Azərbaycanın ən aparıcı şirkətlərindən biri olan “Mətanət A” – da perspektivli karyera qurmaq istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 26 d. əvvəl
-
-
39 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 56 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























