Renault-Nissanın rəhbəri maaşını əskik bəyan edib - HƏBS EDİLƏ BİLƏR
Renault-Nissan-Mitsubishi-nin İcraçı direktoru Carlos Ghosn, maaşını əskik bəyan etdiyinə görə Yaponiyada sorğu-sual edilir. İcraçı direktorun, aldığı əməkhaqqını bir neçə milyon daha az göstərdiyi iddia edilir. Ghosnın Yaponiya polisi tərəfindən həbs olunacağı ehtimalı ilə, Renault-Nissanın səhmləri son üç ilin ən aşağı səviyyəsinə enib.
Avtomobil dünyasının ən mühüm simalarından Renault-Nissan-Mitsubishi-nin İcraçı direktoru Carlos Ghosnun, haqqında istintaq aparıldığı ortaya çıxıb. Məşhur İcraçı direktor haqqında, aldığı maaşın onda birini bəyan etdiyinə görə, Tokioda istintaq başladığı bildirilib. 64 yaşlı İcraçı direktorun Yaponiya polisi tərəfindən sorğu-sual edildiyi məlumatı verilir. Mənbələr Ghosnun həbs olunacağını bildirir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Yaponiya mətbuatında çıxan xəbərlər, Renault- Nissanın səhmlərinin son üç ilin ən aşağı səviyyəyə geriləməsinə səbəb olub. Maaşı illik 7.4 milyon avro olan Ghosnun, onu bir neçə milyon avro əskik bəyan etdiyi qeyd edilir.
NISSANI İFLASDAN XİLAS EDİB
1999-cu ildə Renault tərəfindən Yapon avtomobil istehsalçısı Nissan-ın rəhbərliyinə gətirilən Ghosn, 2001-ci ildən bəri həm İcraçı direktor, həm də idarə heyətinin sədri kimi markanı iflasdan xilas etməsilə tanınır. 2005-ci ildə Renault-un da sədri olan Carlos Ghosn, 2016-cı ildə isə Mitsubishi ilə tərəfdaşlıq qurulmasında da mühüm rol oynamışdı. Ghosn, 2016-dan bəri Mitsubishi Motors-un da idarə heyətinə sədrlik edir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























