Unibankın İdarə Heyətində yeni təyinat
“Unibank” KB-da struktur yeniliyi olub. Bundan sonra bütün satış istiqamətləri bir kuratorun nəzarətində olacaq.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, uzun illər bankda çalişan Korporativ biznes üzrə İdarə Heyəti sədrinin müavini İqor Okayev İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini vəzifəsinə təyin edilib.
Korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes və Marketinq departamenti İqor Okayevin kurasiyasına verilib.
"Bütün satış istiqamətlərinin bir kurasiyada cəmləşməsi beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, satışın effektivliyinin daha da artırılması ilə strateji hədəflərin yerinə yetirilməsi, satışı bir nöqtədən idarə etməklə sinerji yaratmaq, bütün bu istiqamətlər arasında əlaqəni gücləndirmək məqsədi daşıyır. Satış və Marketinq bölmələrinin bir kurasiyada birləşdirilməsi eyni zamanda bazar analitikasından istifadəni gücləndirməklə, innovativ bank məhsullarının yaradılmasında çevikliyi daha da artıracaq",- Unibankın məlumatında deyilir.
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 1 milyondan artıq korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























